AİDA MAHMUDOVA TƏSƏVVÜR EDİLMƏYƏN PERSPEKTİVLƏR FƏRDİ SƏRGİSİ

01 Apr 18

YARAT Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Aida Mahmudova və italiyalı fırça ustası Mikelancelo Pistolettonun seçilmiş əsərlərindən ibarət sərgi açılıb. “Təsəvvür edilməyən perspektivlər” və “Et bunu” adlı sərgidə qeyd olunub ki, rəssam Aida Mahmudova sərgi məkanının üst mərtəbəsi boyunca büsbütün yeni yaradıcılıq konsepsiyasını ərsəyə gətirib. Dağılan sütunları xatırladan heykəllər və monumental divar əsərlərinin yer aldığı ümumi instalyasiya, yarımdağılı və yarımtikili, digər sözlə, “keçid mərhələsində” olan məkan hissini oyadır və yaradıcılığın əhəmiyyətli mərhələsi kimi xaotiklik dərəcəsinin vacibliyini vurğulayır. Tədbirdə Mikelancelo Pistolettonun yaradıcılıq axtarışlarından da söz açılıb. Vurğulanıb ki, italiyalı rəssamın əsas əsərlərindən biri təbiət və cəmiyyətin birgə mövcud olduğu harmonik gələcəyə rəğmən, özünəməxsus ifadə üsulu olan “Üçüncü cənnət” adlı simvoldur. Rəssamın yaradıcılığında "Üçüncü cənnət" adlı simvolu hər yerdə görmək olar. Simvolda kənar halqalar "təbiət" və "süniliyi" təmsil edir və nisbətən daha böyük halqa ilə birləşərək, "yeni bəşəriyyəti" ifadə edir.

Sərgidə qeyd olunub ki, italiyalı həmkarlarla ənəkdaşlıq davam etdiriləcək. Məktəblilər və gənc rəssamlar üçün maarifləndirici proqramlar təşkil olunacaq. Sərgi İyunun 10-dək davam edəcək.

WALLPAPER.COM

ARTRADARJOURNAL.COM


E-FLUX.COM

BAKU-MAGAZINE.COM

KUNSTASPEKTE.ART

AZERNEWS.AZ

THEPICTAME.COM

TODAY.AZ

NARGISMAGAZINE.AZ

AZ.TREND.AZ

FACEBOOK.COM/NARGISMAGAZINE

MEDENIYYET.AZ

NEWS.DAY.AZ

JA-LIFESTYLE.COM

LOFFICIELAZERBAIJAN.AZ

CBC.AZ

YOUTUBE.COM/CBC

NEWSFIBER.COM

NEWS.DAY.AZ

NEWS.MILLI.AZ

AZ.UTRO.NEWS

AZERTAG.AZ

TREND.AZ

AZTV.AZ

ARTKASPI.AZ

BAKUINFORM.AZ

AZERNEWS.AZ

URBAN.AZ

YOUTUBE.COM

Yüklənir