CAHANGİR SƏLİMXANOV İLƏ KEÇİRİLƏN USTAD DƏRSLƏRİN NƏTİCƏSİNİN TƏQDİMATI

09 May - 10 May 14

Ustad dərslərinin iştirakçıları Ərpər Əliyev, Zamir Süleymanov, Emin Əzizbəyli, Günel Qədirova, Telman Şıxıyev, Fəridə Məmmədova, Mehriban Şəmsəddinskayadır.

Ustad dərslərin əsas mövzusu yaradıcılıq mexanizminin şəxsi, qrup və ya kollektiv səviyyədə inkişaf etdirilməsinə istiqamətləndirilmişdir. Kurs müddətində tətbiq edilmiş bütün nəzəriyyə və metodlar iştirakçıların gizli yaradıcılıq ehtiyatlarının üzə çıxarılmasına yönəlmişdir. Kurs tapşırıqlarını yerinə yetirdikləri müddət ərzində hər bir iştirakçının məqsədi yaradıcılıq məhsulunun (və ya tədbirin, innovativ ictimai hadisə və yaxud kommersiya məhsulunun) konsepsiyasını işləyib hazırlamaq olmuşdur. 

YAY Qalereyası
Saat 19:00 
Ünvan: İçəri Şəhər, Kiçik Qala döngəsi, 5
Əlaqə telefonu: 012 505 1414
Giriş ödənişsizdir. 

MAY 9, 2014

Yüklənir