Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
24 May 23
YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində nümayiş olunan cari “Çəhrayı-Qara” qrup sərgisi çərçivəsində Azərbaycanda mütaliə mədəniyyətinin formalaşmasına töhfə vermiş, “Ali və Nino” kitab mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərlinin “Azərbaycan ədəbiyyatında qadın obrazı” adlı mühazirəsini təqdim edir.
“Sevil” və “Almaz” inqilabi qadın obrazları Azərbaycan bədii ədəbiyyatının nadir nümunələrindəndir. Buna baxmayaraq, ədəbiyyatımızın müxtəlif dönəmlərində “fədakar və dözümlü” qadın obrazlarına daha çox rast gəlinir. Artıq 20 ildən çoxdur ki, Nigar Köçərli aktiv mütaliə ilə məşğul olur. Tədbir zamanı o, ədəbiyyatımızda qadın obrazlarının yaranmasında çıxış edən sosial, mənəvi, həmçinin yerli və qlobal faktorlar haqqında danışacaq.
Tarix: 24 may, 2023
Saat: 19:00
Məkan: Rəngkarlıq Muzeyi
Qeydiyyat: Yoxdur
Yaş məhdudiyyəti: 16+
Dil: Azərbaycan dili