Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
01 İyn - 30 İyn 23
Little YARAT ustad dərslərinin iyun proqramı.
3 və 17 iyun, 2023
Saat: 12:00
8-12 yaş
Mövzu: “Çəhrayı-qara kompozisiya”
Tyutor: Erkin Ələkbərli
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Ustad dərsində iştirakçılar, rəssam Erkin Ələkbərlinin cari sərgidə nümayiş olunan əsərlərinə əsaslanaraq kompozisiyalar hazırlayacaqlar. Onlar bez üzərində yalnız çəhrayı və qara rənglərdən faydalanaraq, öz baxış bucaqlarından, qadın həyatında olan ən vacib məqamları təsvir edəcəklər.
10 və 24 iyun, 2023
Saat: 12:00
8-12 yaş
Mövzu: “Şərq qadını”
Tyutor: Alina Yusupova
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Ustad dərsi zamanı iştirakçılar, rəssam Alina Yusupova ilə birlikdə şərq qadınının təsvirini yaratmağa çalışacaqlar. İştirakçılar kartondan qadın simasının hissələrini, eləcə də saç nümunələri və şərq zərgərlik elementlərini hazırlayaraq, şərq qadını obrazına uyğun olaraq portretlər düzəldəcəklər.
Qeydiyyat üçün: 050 251 41 15
(Qeydiyyat: çərşənbə axşamı – bazar, 11:00-18:00)
Yerlərin sayı məhduddur.