Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
22 İyn 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə Sizi 22 iyun tarixində baş tutacaq növbəti musiqi gecəsinə dəvət edir.
Bu yay gecəsini, biz gənclərdən ibarət möhtəşəm “Temptation Band” kollektivi ilə birgə keçirəcəyik.
“Temptation Band” qrupu 3 il bundan əvvəl Bakıda yaranıb.
Bu gün qrupun tərkibinə 4 istedadlı musiqiçi:
Ramiz Sevdiməliyev (zərb alətləri),
Niyaz İbrahimov (bas-gitara),
Pünhan Qocayev (piano)
Leyla Əliyeva (vokal) daxildir.
Qrupun hər bir iştirakçısı üçün musiqi son dərəcə doğma və əzizdir. Ramiz musiqini həyatının mənası sayır. Niyaz öz sevimli alətinə “canlı” varlıq kimi yanaşır. Pünhan üçün porte (not daşıyıcısı) sonsuz hissləri və emosiyaları özündə birləşdirən vasitədir. Qrupun solisti Leyla isə sadəcə musiqi ilə yaşayır və “nəfəs alır”.
Məhz musiqi, bu dörd gənci birləşdirərək, böyük bir ailəyə çevirib. Onlar özləri kimi parlaq, rəngarəng və səmimi olan abu-hava yaratmaq məqsədilə bir araya gəliblər.
Tarix: 22 iyun, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir