Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
03 May - 05 May 23
YARAT Müasir İncəsənət Məkanı sizi tanınmış türk fotoqrafı Engin Güneysunun böyüklər üçün küçə və sənədli fotoqrafiya janrında 3 günlük ustad dərslərində iştirak etməyə dəvət edir!
Ustad dərslərinin ilk günündə iştirakçılar Engin Güneysunun yaradıcılığı ilə tanış olacaq, həmçinin öz fotoşəkillərini nümayiş etdirərək, onlara dair peşəkar rəy alacaqlar. Birinci günün yekununda iştirakçılar küçə və sənədli fotoqrafiyanın həm ümumi təsvirini, həm də incə nüanslarını öyrənəcəklər. Növbəti gün iştirakçılar 1-ci dərs zamanı müzakirə olunan incəlikləri, fotoqrafın müşayiəti ilə çəkiliş ərazisində birbaşa tətbiq etmək üçün şəhərdaxili gəzintiyə çıxacaqlar. Son gün Engin Güneysu gəzinti çəkilişinin müzakirəsini aparacaq, daha sonra iştirakçılar çəkdikləri fotoların peşəkar redaktə edilməsi və çap üçün hazırlanmasını öyrənəcəklər.
Müraciət üçün tələblər:
Tarixlər: 3 – 5 may, 2023
Saat: 12:00 – 17:00
Məkan: YARAT Mərkəzi
Dil: Türk
Qeydiyyat üçün linkə daxil olun: rb.gy/4gren
Son müraciət tarixi: 27 aprel, 2023
Fotoqraf tərəfindən seçilmiş namizədlər ustad dərslərinə dəvət olunacaqlar.
İştirak sayı məhduddur.