Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
27 Sen 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
27 sentyabr 2016-cı il tarixində rejissor Fidan Cəfərova və Tofiq Rzayevin “Araf” adlı filmi təqdim olunacaq.
Araf / 2016 / Azərbaycan / 10 dəq. / drama / rəngli
Art-xaus janrında çəkilən "Araf" filmi, müharibə dövründə bir ailənin yaşam tərzi, parçalanması və ailənin hər bir üzvünün düşdüyü emosional vəziyyəti əks etdirir. Filmdə müharibənin konkret olaraq nə zaman baş verdiyi göstərilmir. Filmin "Araf" adlandırılması da təsadüfü olmayıb: İslamda "Araf cənnət və cəhənnəm arasında məkan sayılır"
Rollarda: Bəsti Cəfərova, Sabir Məmmədov, Könül İskəndər və Adil Dəmirov
Film Azərbaycan dilində nümayiş olunacaq
Tarix: 27 sentyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.