Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
20 Dek 16
ARAT Müasir İncəsənət Məkanı Film Klub çərçivəsində 20 dekabr 2016-cı il tarixində Gürcüstan rejisseru Davit Pirtsxalavanın “Ata” adlı filmini təqdim edir.
Ata / 2015 / Gürcüstan / 24 dəq / qısa film / rəngli
19 yaşlı Ladonun atası uzun sürən ayrılıqdan sonra evə qayıdır. Gənc oğlan ondan beynində çoxdan toplanmış suallara cavab tapmağa çalışır, ancaq əbəs. Bir müddətdən sonra atası yenidən qeyb olur və Lado qardaşı ilə əvvəlki kriminal həyatına qayıdır.
Aktyor heyəti: Sandro Kalandadze, Mamuka Kiladze, Vaxo Çaçanidze, Məryəm Maqlaparidze, Zviad Pirtsxalava.
Film Lokarnoda keçirilmiş 68-ci kino festivalının rəsmi proqramına daxil edilmişdir.
Film ingilis altyazısı ilə gürcü dilində nümayiş olunacaq.
Tarix: 20 dekabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir