15 Apr 16
YARAT Mərkəzi öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni platforma təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.
Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edəcəyik. Sizi belə müzakirələrin iştirakçısı olmağa və musiqiçi Teymur Süleymanbəylinin iştirakı ilə 15 Aprel 2016-cı il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.
Teymur Süleymanbəyli – musiqiçi, saksofonçu, bəstəkar və aranjemançı. 1990-cı ildə Bakı şəhərində musiqiçi ailəsində dünyaya gəlib. Atası – Azərbaycanın Əməkdar artisti Akif Süleymanbəyli, anası – Tatyana Süleymanbəyli fortepiano üzrə müəllimdir.
1996-cı ildə Bülbül adına Musiqi məktəbinin klarnet sinfinə daxil olub, sonra isə saksofon sinfinə keçib. Məktəbi bitirdikdən sonra Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinə daxil olub. Uşaqlıqdan bir çox musiqi layihələrində iştirak edib. “Rast”və “Qaya” qrupları, Estrada-simfonik orkestri ilə əməkdaşlıq edir. Azərbaycan mədəniyyətini respublikamızın regionları da daxil olmaqla ABŞ, Fransa, İsveçrə, Rusiya və Ukrayna kimi ölkələrdə təmsil edib.
Hal-hazırda solo albomunun üzərində çalışır.
Tarix: 12 aprel, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir