Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
19 Apr 16
YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
19 aprel 2016-cı il tarixində məşhur fransız rejisseru Fransua Trüffonun “Jül və Cil" adlı filmini təqdim edirik.
Jül və Cim / 1962 / Fransa / 74 dəq. / Romantik, Drama / Ağ Qara
Dünya klassik film nümayişləri üzümüzə gələn çərşənbə axşamı Fransua Trüffonun "Jül və Cim" filmi ilə başlayacaq. Bu film kinosevərləri sevindirərək, Bakı Frankofon festivalının layiqli finalı olacaq.
1-ci Dünya müharibəsindən əvvəl Parisdə iki dost - avstriyalı Jül və fransız Cim yaşayırdılar. Bir gün onlar muzeydə qədim qadın heykəli görürlər və ona aşiq olurlar. Çox keçmədən, onların həyatında həmin heykələ bənzəyən xanım peyda olur. Katrin ikisini də heyran edir...
Film fransız dilində nümayiş etdiriləcək, ingiliscə alt-yazıları olacaq
18 +
Tarix: 19 aprel, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir