İyun 2024

YARAT FRIENDS: 3-CÜ MÖVSÜMÜN SONU

01 İyl 18

Zaman çox sürətlə gəlib keçir və YARAT Friends platformasının 3-cü mövsümünün sonu yaxınlaşır.


Sizinlə birlikdə mövsümün yekunlarını müzakirə etmək üçün ispan mətbəxi "El Portalone" restoranında toplaşacayıq. Həmçinin platformamızın dördüncü ilinin gələcək planları haqqında fikir mübadiləsi aparacayıq.


Sevindirici haldır ki, tədbirimiz əlamətdar bir hadisə ilə, Hind rəssamı Şilpa Quptanın gəlməsi ilə üst-üstə düşür. Sənətkarın iyulun 6-da YARAT Mərkəzində fərdi sərgisinin açılışı baş tutacaq.


Maraqlı proqramdan və rəssam Şilpa Qupta ilə görüşdən əlavə, Sizi "El Portalone"də nəfis ispan furşeti gözləyir.


Tarix: 1 iyul, 2018

Saat: 20:00

Məkan: "El Portalone" restoranı

Giriş yalnız YARAT Friends üzvləri üçündür

Yüklənir