Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə17 Avq 21
YARAT Müasir İncəsənət Məkanı Film Klub çərçivəsində ARTIM Layihə Məkanında keçiriləcək “Transumanato” və “XX-20” qısametrajlı filmlərinin nümayişinə dəvət edirik.
“Transumanato” (2020)
Rejissor və ssenarist: Yelena Skripkina
Üç rəqs nömrəsindən ibarət olan film “İlahi komediyanın” müəllifi Dantenin cəhənnəmdəki səyahətindən bəhs edir.
Filmin müddəti: 8 dəq.
“XX-20” (2021)
Rejissor və ssenarist: Yelena Skripkina
Film, XX əsrin Xirosima, blokada və QULAQ fəlakətlərini boş bir məzar obrazında təsvir edir. Müasir reallıqla əlaqəli, genetik yaddaş daşıyan və bir əsri özündə birləşdirən üç fəlakəti yenidən düşünməyə vadar edir.
Filmin müddəti: 24 dəq.
Dil: İngilis, Azərbaycan altyazıları ilə
Yaş məhdudiyyəti: 12+
Rejissor haqqında
Yelena Skripkina (d. 1988, Rusiya) - sənədli film rejissoru. O, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra magistraturada ilahiyyatçı və aspiranturada dini fəlsəfə üzrə təhsili alıb. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq film festivallarının iştirakçısı və qalibidir. Həmçinin o, Praqadakı Frans Kafka Muzeyi üçün "Felisiyaya məktublar" (2006) videoinstalyasiyasının müəllifidir. Onun "Görünməz ata" layihəsi "Artkommunalka 2014" Beynəlxalq Qrant Müsabiqəsinin qalibidir.
Tarix: 17 avqust, 2021
Saat: 20:00
Məkan: ARTIM Layihə Məkanı, İçərişəhər, Kiçik Qala, 5
Baxış üçün qeydiyyat mütləqdir.
Yerlərin sayı məhduddur.
Qeydiyyat üçün: (012) 505 23 23