Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
22 Sen 15
YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. Fuad İbrahimbəyov və Sergey Şvıdkoyun dramı. Ssenari Olqa Muxinanın “Uçur” pyesinin motivləri əsasında yazılıb.
The icon of the Season / 2013 / Russia / 80 min / Comedy, Drama / Colour
Filmdə baş rollarda Yekaterina Klimova, Yevgeni Sıqanov, Pavel Barşak, Aleksandr Ratnikov, Yevgeniya Osipova və Aleksey Barabaş çəkiliblər.
Filmdəki hadisələr uydurulmuş bir şəhərdə baş verir və sevgi haqqında çoxlu-çoxlu söhbətlər aparan, əslində isə sevginin əsl mahiyyətini hiss edə bilməyən uğurlu insanlardan bəhs edir. Diceylər, prodüserlər, aktyorlar, televiziya aparıcıları özlərinin maliyyə imkanlarına uyğun öz kiçik dünyalarında yaşayırlar. Amma bir gün onlardan birini əsl dəhşət bürüyür, çünki hesab edir ki, çox tez bir zamanda öləcək. Bu andan etibarən, onun vərdiş elədiyi dünya, ona, buraxdığı səhvlərə görə cavab verməli olduğu əsl reallığı göstərir və dağılmağa başlayır. İndi o öz daxilini araşdırmalıdır, çünki gələcəyi bundan asılıdır.
16 +
Film rus dilində nümayiş olunacaq
Tarix: 22 sentyabr, 2015
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir