05 Sen - 22 Sen 14
MEQAPOLİS
Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyasından
6 > 22 sentyabr 2014
Bakı MİM
YARAT Müasir İncəsənət Təşkilatı və Bakı Müasir İncəsənət Muzeyi Sizi MEQAPOLİS adlı incəsənət sərgisinə dəvət edir. MEQAPOLİS sərgisi Bakıda yerləşən Müasir İncəsənət Muzeyinin kolleksiyalarında saxlanılan Azərbaycan rəssamlarının ərsəyə gətirdikləri əsərləri təqdim edir.
Məmməd MUSTAFAYEV və Niyaz NƏCƏFOV
Kurator: Fərid MƏMMƏDZADƏ
Sentyabrın 5-dən 22-nə qədər Müasir İncəsənət Muzeyində gənc kurator Fərid Məmmədzadənin debüt layihəsi olan MEQAPOLİS sərgisi keçiriləcəkdir. MEQAPOLİS layihəsi müasirliyin yaralı yerlərindən birinə – müasir şəhər – meqapolislə insan arasındakı travmatik münasibət mövzusuna toxunur.
MEQAPOLİS sərgisində müasir Azərbaycan rəssamları Məmməd Mustafayev və Niyaz Nəcəfovun əsərləri nümayiş olunur. Sərgi məkanının təşkil olunmasına məxsusi yanaşma bəşəriyyətin depressiyaya və şəhər motivlərinin ərsəyə gətirdiyi yalançı çarəsizliyə meydan oxuması prosesində hər iki rəssamı birləşdirir. Bu layihənin əsasını insan ruhunun meqapolisin urbanistik mühiti ilə qarşılıqlı əlaqəsi problemi təşkil edir.. Yuxarıda qeyd olunan müəlliflərin əsərləri həmin problemin iki aspektdə – makro və mikro səviyyədə qavranılmasını əks etdirir. Həmçinin, MEQAPOLİS layihəsi həmin fikrin, pəncərədən o tərəfdə baş verən və göylərə ucalan nəhəng şüşəli göydələnlər daxilində formalaşan, bəşər əhlinin şüurunda və ruhunda əks olunan peşəkar və ictimai dərkini əhatə edir.
Fərid Məmmədzadənin kuratorluq ideyası 2013-cü ilin mart ayında qeyri kommersiya təşkilatı olan YARAT Müasir İncəsənət Məkanının təhsil proqramı çərçivəsində Azərbaycanın əməkdar rəssamı Səbinə Şıxlinskaya tərəfindən aparılan “Müasir incəsənətdə kurator və mediator təcrübələri” adlı ustad dərsi nəticəsində yaranmışdır.
Ustad dərsinin üç iştirakçısının kurator ideyaları həyata keçirilməyə layiq görülmüş və bu ideyalar 2014-cü il ərzində Muzey tərkibində təmsil ediləcəkdir. MEQAPOLİS sərgisi gənc kuratorların layihə dövriyyəsini təmsil edir, təqdim edilmiş əsərlər Bakı Müasir İncəsənət Muzeyi kolleksiyasının tərkib hissəsidir. MEQAPOLİS layihəsində eləcə də, gənc müəllif Ayxan Xəlilov iştirak etmişdir. O, rəssamlar Məmməd Mustafayev və Niyaz Nəcəfov ilə film – müsahibəni təqdim etmişdir.
Məkan: Müasir İncəsənət Muzeyi
Sərginin açılışı: 5 sentyabr. Giriş dəvətnamə ilədir.
Time for exhibition: from 6 - 22 of September.
Keçirilmə vaxtı: 06 – 22 sentyabr
Ünvan Yusif Səfərov küç. 5
Biletin qiyməti 5 AZN
Ətraflı məlumat: 012 505 1414, 012 490 8404