Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
07 Apr 16
Beynəlxalq Fransız Dili və Frankofoniya Həftəsi münasibətilə Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycanda Fransız İnstitutu, Belçika, Rumıniya, Litva, Yunanıstan, Mərakeş və Misir səfirlikləri ilə birgə 5-17 aprel 2016-ci il tarixlərində unikal frankofon filmlər festivalı təşkil edir.
7 aprel, saat 19.00-da YARAT Müasir İncəsənət Mərkəzində yunan rejissoru Mikael Kakoyannisin A.Çexovun məşhur əsəri əsasında çəkilmiş "Albalı bağı" filmi nümayişi olunacaq.
Albalı bağı, 1999
Rejissor: Mikael Kakoyannis
Drama, 137 dəq.
İngilis dilində orijinal versiya, fransız dilində subtitr.
Sinopsis:
Lyubov Ranevskaya qızı Anya ilə Parisdən Rusiyaya geri qayıdır. Beş il əvvəl, gənc oğlunun boğulmasından sonra Lyubov onun füsunkar albalı bağı ilə tanınan ailə malikanəsini tərk edərək sevgilisi ilə Fransada məskunlaşmışdır. Sevgilisi isə onu bütün var-dövlətini havaya sovurduqdan sonra tərk etmişdi. Lyubov Ranevskaya ailəsinin maliyyə vəsaiti tükəndiyi üçün çıxış yolları axtarır...
Beynəlxalq Fransız Dili və Frankofoniya Həftəsi proqramı ilə daha ətraflı Azərbaycanda Fransız İnstitutunun və Fransa Səfirliyinin facebook səhifələrində tanış olmaq olar:
https://www.facebook.com/ifa.bakou
https://www.facebook.com/institutfrancaisbakou
https://www.facebook.com/france.azerbaidjan
Fransa, Belçika, İsveçrə, Rumıniya, Litva, Yunanıstan, Mərakeş və Misir səfirlikləri 5-17 aprel tarixlərində Frankofoniya zənginliyini təqdim edəcək...
Hər birinizə xoş Frankofoniya arzulayırıq!
Tarix: 7 aprel, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir