Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
06 Sen 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
6 sentyabr 2016-cı il tarixində norveç rejissoru Benjamin Rinin “Maqnus” adlı filmi təqdim olunacaq.
Maqnus / 2016 / Norveç / 30 dəq. / Documental / Colour
Rejissor Bencamin Ri tərəfindən çəkilən "Maqnus" sənədli filmi, 25 yaşlı norveç şahmatçısı və mütləq dünya çempionu, "Şahmatın Mosartı" adlandırılan məşhur Maqnus Karlsenin şəxsiyyətinə həsr olunub. Uzun illər boyu rejissorlar müasir dahilərin daxili dünyalarına daxil olmağa can atırlar.
Şahmatçının uşaqlıq illərinin ən uğursuz məqamlarından ən ciddi nailiyyətlərinə qədər keçdiyi həyat yolunu əks etdirən "Maqnus" filmi hər bir tamaşaçıya igidlik, qəhrəmanlıq etməyə ilhamlandırır.
"Maqnus" - hər şeydən əvvəl, dünyanı qabaqlamış və böyüklüyə, dahiliyə yol açmış gənc oğlanın unikal həyat tarixçəsidir.
Film İngilis dilində nümayiş olunacaq.
Tarix: 6 sentyabr, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir