25 İyl 14
GİZLƏDİLMİŞ XƏRİTƏLƏR
Lecture by young artists Aniol Macau and Francesc Ruiz Abad
YARAT Müasir İncəsənət Məkanı Təşkilatı Sizi İyul ayının 25-də, saat 19:00-da, YAY Galereyasında Barselonadan gələn iki gənc rəssam: Aniol Macau və Francesc Ruiz Abad tərəfindən keçiriləcək “Gizlədilmiş xəritələr” adlı mühazirəya dəvət edir. “Gizlədilmiş xəritələr” avtostop və alternativ səyahət yollarının, cəmiyyətimiz haqqında fikir formalaşdırmağımıza və təcrübə qazanmağımıza təsir göstərməsi haqqında mühazirədir.
Aniol Macau və Francesc Ruiz Abad avtostop ilə altı aylıq layihə-səyahət təşkil ediblər. Layihə boyunca onlar sərbəst şəkildə rast gəldikləri sürücülərnən yola düşürlər. Onların son hədəf nöqtəsi yoxdu. Səyahət boyunca onlar, müsahibələr, audio landşaftlar, təsvirlər, sənədli foto və kiçik formalı heykəllərə əsaslanaraq, mühüm arxiv təşkil edəcəklər.
Onların dayanacaqlarından biri Bakıdır. Burada, iki gənc rəssam YAY Galeriyasında Sizlərlə görüşmək və avtostoplar, köhnə layihələri və səyahətlərin onların yaradıcılığına təsiri haqqında danışmaqı planlaşdırıblar.
25 İyul 2014
Vaxt: 19:00
YAY Qalereyası
Ünvan: Kiçik Qala küçəsi 5, (İçəri Şəhər, İtaliya səfirliyinin yaxınlığında).
Giriş sərbəstdir.
İştirakçılara Azərbaycan və Rus dillərinə tərcümə imkanı təklif ediləcək.
Əlaqə telefonu: 012 505 1414; 012 505 2323