Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
26 May - 20 Noy 20
YARAT Müsir İncəsənət Məkanı rəssam Fərid Rəsulovun 25 may – 11 oktyabr 2020-ci il tarixlərində yeni hazırlanmış instalyasiya, rəsm əsərləri və videodan ibarət Qurban Olum adlı solo-şousunun keçiriləcəyini elan etməkdən məmnunluq duyur. YARAT-ın təsisçi rəssamlarından olaraq Fərid Rəsulov, incəsənət məkanına müqəddəs “Qurban bayramı”na həsr olunmuş işi ilə qayıdır. Bu bayramın zamanla simvolizə etməyə başladığı xəsislik və israfçılığı sorğulayan rəssam, dayanmadan inkişaf edən, kökü qədim zamanlara dayanan bir təcrübənin yenidən nəzərdən keçirilməsini istəyir və bunun üçün absurdizm, satira və qroteskdən istifadə edir.
Daha əvvəl Azərbaycanı 53-cü və 55-ci Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil edən Fərid Rəsulov həm Azərbaycan, həm də daha geniş Şərq ənənələrinə həsr olunmuş əsərləri ilə məşhurdur. O, rəssamlıq, instalyasiya, animasiya, heykəltəraşlıq və 3D qrafikası da daxil olmaqla müxtəlif vasitələrlə işləyir və əsrlər boyu dəyişməyən bu ənənələrə xas olan idealların doğruluğunu əks etdirən xalq sənətkarlığı və mərasimlərindən ilham alır.
Fərid Rəsulov YARAT-da nümayiş ediləcək öz şousu üçün başlanğıc nöqtəsini “qurbanlıq festivalı”nda heyvanın kəsilməsindən ibarət olan, müsəlmanların əsas bayramı sayılan Qurban bayramından götürür. İbrahim Peyğəmbərin öz oğlunu Allaha qurban verməyə hazır olduğunun rəmzi olaraq, qurbanlıq heyvan ənənəvi olaraq qohumlar, qurban kəsənin öz ailəsi və ehtiyacı olanlar arasında bölüşdürülür. Lakin son zamanlar bu paylaşmaq ənənəsi status və sərvət göstəricisinə çevrilmişdir. Fərid Rəsulov Yuxuların yuxusu adlı yeni filmində xəstəxana palatasında canlandırılan dramatik və eyni zamanda gülməli süjet yaradır. Filmdə iki həkimin bayram münasibətilə paltar geyindirilmiş bir qoyunu parçalayarkən, üzərindəki çoxlu zinət əşyalarını onun bağırsaqları ilə qarışdıraraq söhbət etdiklərini görmək olar; eyni zamanda həm olduqca məzəli, həm də istehzalı olan bu səhnə bu mərasimlə əlaqələndirilən absurd maddiyyatçılığa diqqət çəkir.
Rəsulov irəlidə bu filmi instalyasiya şəklində daha da inkişaf etdirir. Geyim, qızıl zinət əşyaları və tibbi avadanlıqlar kimi müxtəlif predmetlər əməliyyat masasına və onun ətrafına qoyulub. Burada tamaşaçı yenidən bu sürrealist və qrotesk ssenari ilə üzləşir. Rəssamın digər əsərləri də onun səciyyəvi adətləri təxribatçı və hazırcavab nöqteyi-nəzərdən ayırdığını göstərir; məsələn, Bakıda geniş yayılmış şiş kabab üsulunu əsas götürən Fərid Rəsulov qalereya divarlarından birini tutan geniş, həndəsi instalyasiya yaradır. Ümumi predmetlərin və hekayələrin repurpozisiyası zamanı rəssam adət-ənənələrin müasir reallıqlar fonunda yenidən qiymətləndirilməsini təşviq edir.
Sərginin sonunda Fərid Rəsulov geniş çeşiddə yeni, irihəcmli rəsm əsərlərini təqdim edir. İllüstrativ yanaşmanın istifadə edildiyi bu əsərlərdə karnaval kimi qeyd edilən Qurban bayramı təsvir edilir. Ənənəvi mərasim zamanı müvafiq şəxslər qurbanlıq qoyunun başını kəsərkən heyvanın ətrafında izdihamın yarandığını görmək mümkündür; burada olan hər kəsi karikaturlaşdıraraq səhnəni satiraya çevirən rəssam bu müqəddəs bayramın sürrealist elementlərini vurğulayır.
Bu sərginin kuratoru Suad Qarayeva-Malekidir.
Rəssam haqqında
Fərid Rəsulov (d. 1985, Şuşa, Azərbaycan) Bakıda yaşayır və işləyir. İxtisasca həkim olan (Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb (2006)) Fərid Rəsulov, rəssamlıq karyerasını davam etdirmək üçün ixtisasını dəyişib və sonralar Azərbaycanı 53-cü və 55-ci Venesiya Biennalesində - Beynəlxalq İncəsənət Sərgisində təmsil edib. O, beynəlxalq səviyyədə və bütün regionda keçirilən solo-sərgilərin iştirakçısı olmuşdur, məsələn: 1001 Skewers, St.Louis, Laumiere Sculptural Park, Missuri, ABŞ (2018); #ONLYONECHANCE, MOMA, Bakı (2015); və Dogs in the Living Room, Rabouan Moussion Qalereyası, Paris, Fransa (2014). Onun əsəri Moskva Beynəlxalq Gənclər İncəsənəti Biennalesinə (2016); Midlsboro Müasir İncəsənət İnstitutunda təşkil edilən Teesside Beynəlxalq İncəsənət və Texnologiya Sərgisinə (2016) və Şarja İslam İncəsənəti Festivalına (2013) daxil edilmişdir. 2016-cı ildə o, Heykəltəraşlıq və İnstalyasiya nominasiyasında “Arte Laguna Prize 10” mükafatına layiq görülüb.
Redaktorlar üçün qeyd:
Sərgi: Fərid Rəsulov, Qurban olum
Yer: YARAT Müasir İncəsənət Məkanı (Dövlət Bayraq Meydanı)
Tarixlər: 26 may – 20 noyabr 2020-ci il
Sərginin iş rejimi: Çərşənbə axşamı – Cümə, saat 12:00-dan 18:00-dək
Giriş sərbəstdir
Press-relizlər və fotoşəkillərlə bağlı sorğular üçün lütfən əlaqə saxlayın:
Pelham Communications şirkətindən Milli Karter Heppluayt və Yaz Özkan
Tel.: +44 2089693959
Email: milly@pelhamcommunications.com and yaz@pelhamcommunications.com