Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
31 Yan 17
YARAT Müasir İncəsənət Məkanı Sizi kinorejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyevin “Məryəm” qısametrajlı filminin nümayişinə dəvət edir. Filmin nümayişi YARAT Film Klubunun çərçivəsində təşkil edilir və sual-cavab sessiyası ilə davam edəcək.
Məryəm / 2015 / Azərbaycan / qısa film / dram / rəngli
“Məryəm” filmi gənc rəssam Məryəm Ələkbərlinin yaradıcılığı əsasında çəkilib.
Bu ekran işi rəssamın əsərləri, onun dünyagörüşü, düşüncə tərzi və onlardan ibarət bitkin bir fikrin dünyaya carçısıdır. Filmdə hadisələr uydurma bir məkanda baş verir. Otağın içərisində yaradıcılığı ilə təkbətək qalan ağbirçək rəssam, əsərləri vasitəsilə yenidən öz həyatının başlanğıcına qayıdır...
Film Azərbaycan dilində rus subtirləri ilə nümayiş olunacaq.
Tarix: 31 yanvar 2017-ci il
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.