YARAT EMALATXANALARI

Bakıda yerləşən “YARAT Emalatxanaları” incəsənət vurğunu olan rəssamlar üçün nəzərdə tutulmuş yaradıcı igamətkahdır. Binada 11 emalatxana, habelə yerli və Azərbaycana təşrif buyurmuş əcnəbi rəssamların qalması üçün yaşayış sahəsi var.


Regional inkişaf platforması olan “YARAT Emalatxanaları”, yeni fəaliyyətə başlamış və artıq püxtələşmiş rəssamlar, həmçinin, yerli və xarici rəssamlar üçün yaradıcılıq sahəsində əməkdaşlığın yaradılması məqsədilə təşkil olunan bir məkanı təmsil edir. “YARAT Emalatxanalarının” əsas vəzifəsi - rəssamları peşəkar və şəxsi nöqteyi-nəzərindən inkişaf etməsinə sövq edən yeni imkanların və iş mühitinin bəxş edilməsidir. “YARAT Emalatxanalarında” rəssamlar müasir incəsənət məhdudiyyətlərini aşmaq, rəssamlıqla əlaqəli eksperimentləri aparmaq və incəsənət dünyasında öz sözünü demək imkanlarından bəhrələnəcəklər. Bu məkanda rəssamlar incəsənətlə bağlı öz dünyagörünüşünü digərləri ilə paylaşmaq, habelə yeni fərdi və kollektiv layihələrdə iştirak etmək məqsədilə bir-birini ilhamlandıra bilər. Həyata keçirdiyi fəaliyyətlər sayəsində “YARAT Emalatxanaları” ölkədə və xaricdə rəssamlarla incəsənət təsisatları arasında uzunmüddətli mədəniyyət dialoqun təşkilinə öz dəstəyini vermiş olur.  

Yeni istifadə verilmiş emalatxanalar hesabına YARAT Müasir İncəsənət Təşkilatı öz incəsənət rezidentura proqramlarını icra etmək və xarici rəssamları daimi əsaslarda incəsənət rezidenturası proqramı çərçivəsində Bakıda yerləşdirmək imkanını qazanacaq. Təməli 2014-cü ildə qoyulmuş incəsənət rezidenturası proqramı YARAT Müasir İncəsənət Təşkilatının təhsil təşəbbüslərinin əsas hissəsini təşkil edəcək. Tədqiqatların aparılması və öz layihələri üzərində işləmələri ilə yanaşı, incəsənət rezidenturası proqramının iştirakçıları məşğələlər və mühazirələrin keçirilməsi vasitəsilə YARAT Müasir İncəsənət Təşkilatının təhsil proqramında iştirak etməyə dəvət olunacaq. 

Yüklənir