EKSLÜZİV SPONSOR

info

X

EKSLÜZİV SPONSOR

"Eksklüziv Sponsor" seçiminə əsasən həyata keçiriləcək layihədə müstəsna olaraq yalnız eksklüziv sponsor haqqında məlumat yerləşdiriləcək və üçüncü tərəfə məxsus hər hansı marketinqyönlü məlumat əks olunmayacaq. "Eksklüziv Sponsor" statusunun verdiyi imtiyazlar sırasında layihə üzrə istehsal olunan reklam və məlumat materiallarda şirkətinizin loqotip və ticarət markasının əks olunması, habelə şirkət nümayəndələrin layihə tədbirlərində iştirak etmək imkanlarını qeyd etmək olar. Şirkətinizin loqotip və ticarət markası layihə ilə bağlı radio və televiziya buraxılışlarında, təqdimat mərasimlərində, mətbuat konfransında və xüsusi tədbirlərdə nümayiş olunacaq. Şirkətiniz barədə məlumatın tamaşaçıların nəzərinə çatdırılması üsulları təşkilatımızla müzakirə oluna bilər, bir şərtlə ki, təklif etdiyiniz üsullar layihənin mahiyyətinə və YARAT Müasir İncəsənət Məkanının siyasətinə zidd deyil. Yuxarıda qeyd olunan şərtlər eksklüziv sponsorluq haqqında imzalanacaq sazişdən öncə tərəflər arasında müzakirə olunub müəyyənləşdirilməlidir, bu zaman eksklüziv sponsorun layihə üzrə təşkilata ayıracağı maliyyə vəsaitin məbləği də dəqiqləşdirilməlidir. Eksklüziv sponsorluq haqqında sazişlər bir il müddətinə bağlanılır və uzadıla bilər.

BAŞ SPONSOR

info

X

BAŞ SPONSOR

“Eksklüziv Sponsor” statusundan fərqli olaraq, “Baş Sponsor” seçimində layihənin digər şirkətlər tərəfindən dəstəklənməsi istisna olunmur. “Baş Sponsor” statusunu əldə etmək məqsədilə maraqlı tərəf hər hansı layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin ən azı 75%-ni ayırmalıdır.

“Baş Sponsor” statusuna əsasən şirkət öz loqotip və ticarət markasını (əgər baş sponsor kimi çıxış edən şirkət özü törəmə müəssisədir və təsisçi şirkət loqotipinin də layihə üzrə fəaliyyətlərdə əks olunmasını arzulayırsa, o zaman, baş sponsorluq haqqında saziş bağlanmadan öncə tərəflər arasında müzakirələr aparılmalıdır və yerləşdiriləcək loqotiplərin sayı müəyyənləşdirilməlidir) layihə çərçivəsində istehsal olunacaq çap, rəqəmsal və video materiallarda yerləşdirmək hüququnu əldə edir. Baş sponsor şirkətinin loqotipi və reklam şüarı layihə çərçivəsində keçirilən açılış və bağlanma mərasimlərdə, habelə layihəyə dəstəyin qazanılması ilə əlaqədar təşkil olunan tədbirlərdə nümayiş olunacaq. Baş sponsor nəzərə almalıdır ki, layihə üzrə tədbirlər zamanı digər şirkətlər haqqında reklamyönlü məlumatlar da səsləndirilə/yerləşdirilə bilər.

Həyata keçiriləcək layihənin mövzusu və formatından asılı olaraq, Baş Sponsor aşağıda göstərilən imtiyazlardan yararlana bilər:

  • “Layihənin Baş Sponsoru” statusunun əldə edilməsi
  • “Layihənin Baş Sponsoru” statusun və şirkət loqotipinin paylanılacaq dəvətnamələrdə və məlumat materiallarda əks olunması
  • Şirkət nümayəndələrinin layihənin açılış və bağlanma mərasimlərində iştirak hüququ
  • Layihənin açılış və bağlanma mərasimlərində şirkət nümayəndəsinin çıxış etmək hüququ
  • Layihənin həyata keçirilməsi ilə bağlı yayılacaq çap materiallarda şirkət loqotipinin və şirkət haqqında qısa məlumatın yerləşdirilməsi
  • Şirkət loqotipinin layihənin həyata keçirilməsi ilə bağlı televiziya buraxılışlarında nümayiş olunması
  • Şirkətin reklam şüarının radio kanallarda səsləndirilməsi
  • Şirkət loqotipinin YARAT Müasir İncəsənət Məkanının rəsmi veb-səhifəsində yerləşdirilməsi
  • Şirkət loqotipinin YARAT Müasir İncəsənət Məkanının  Facebook səhifəsində yerləşdirilməsi
  • Şirkət loqotipinin reklam lövhələrində (bilbordlarda) və digər zahiri reklam daşıyıcıların üzərində yerləşdirilməsi
  • Şirkət loqotipinin “Boutique”, “Baku” və “Passage” jurnallarında layihə ilə bağlı çap olunacaq reklam elanlarda yerləşdirilməsi (elanların digər jurnallarda çap olunması danışıqlar mövzusu ola bilər)
  • Şirkət rol-aplarının, stendlərinin və digər reklam daşıyıcıların layihənin açılış və bağlanma mərasimləri zamanı yerləşdirilməsi
  • Şirkət rol-aplarının, stendlərinin və digər reklam daşıyıcıların layihə çərçivəsində təşkil olunacaq bütün sərgilərdə nümayiş olunması
  • Layihə ilə bağlı kütləvi informasiya vasitələrində yerləşdiriləcək məlumatda şirkətin adının çəkilməsi
  • Layihə təşkilatçıları tərəfindən Baş sponsora xüsusi minnətdarlığın bildirilməsi, o cümlədən layihənin açılış və bağlanma mərasimlərində şirkətin reklam şüarının səsləndirilməsi 

 

Bundan başqa, Baş Sponsor özünün istehsal etdiyi xəbərlər buraxılışlarında, korporativ veb-səhifəsində, müştərilərə və işçilərə göndərilən məktublarda, şirkətin illik hesabatlarında və korporativ təqdimat mərasimlərində layihənin dəstəklənməsi haqqında məlumatı əks etdirə bilər. Bu cür tədbirlərdə və çap materiallarda yerləşdiriləcək məlumat öncədən YARAT Müasir İncəsənət Məkanının nümayəndəsi ilə razılaşdırılmalıdır.

RƏSMİ SPONSOR

info

X

RƏSMİ SPONSOR

"Rəsmi Sponsor" statusunu əldə etmək üçün, maraqlı şirkət layihə üzrə büdcə xərclərinin 10-30%-nı ödəməlidir.

Həyata keçiriləcək layihənin mövzusundan və xüsusiyyətlərindən asılı olaraq, Rəsmi Sponsor aşağıda göstərilən imtiyazlardan yararlana bilər:

  • "Layihənin Rəsmi Sponsoru" statusunun əldə edilməsi
  • ""Layihənin Rəsmi Sponsoru" statusun və şirkət loqotipinin paylanılacaq dəvətnamələrdə və məlumat materiallarda əks olunması
  • Layihənin həyata keçirilməsi ilə bağlı yayılacaq çap materiallarda şirkət loqotipinin və şirkət haqqında qısa məlumatın yerləşdirilməsi
  • Şirkət loqotipinin YARAT Müasir İncəsənət Məkanının rəsmi veb-səhifəsində yerləşdirilməsi
  • Şirkət loqotipinin YARAT Müasir İncəsənət Məkanının  Facebook səhifəsində yerləşdirilməsi
  • Şirkət loqotipinin reklam lövhələrində (bilbordlarda) və digər zahiri reklam daşıyıcılarının üzərində yerləşdirilməsi
  • Şirkət loqotipinin "Boutique", Baku" və "Passage" jurnallarında layihə ilə bağlı çap olunacaq reklam elanlarda yerləşdirilməsi
  • Layihə təşkilatçıları tərəfindən layihənin açılış və bağlanma mərasimlərində Baş sponsora ümumi minnətdarlığın bildirilməsi

Bundan başqa, Rəsmi Sponsor özünün istehsal etdiyi xəbərlər buraxılışlarında, korporativ veb-səhifəsində, müştərilərə və işçilərə göndərilən məktublarda, şirkətin illik hesabatlarında və korporativ təqdimat mərasimlərində layihənin dəstəklənməsi haqqında məlumatı əks etdirə bilər. Bu cür tədbirlərdə və çap materiallarda yerləşdiriləcək məlumat öncədən YARAT Müasir İncəsənət Məkanının nümayəndəsi ilə razılaşdırılmalıdır.

SPONSOR

info

X

SPONSOR

Layihəyə göstərdiyi dəstəyin ən yuxarı məbləğindən asılı olmayaraq, layihənin həyata keçirilməsi üçün ən azı 25.000 AZN məbləğində vəsait ayıran şirkət "Sponsor" statusunu əldə edə bilər.

Sponsor aşağıda göstərilən imtiyazlardan yararlana bilər:

  • "Layihənin Sponsoru" statusunun əldə edilməsi
  • ""Layihənin Sponsoru" statusun və şirkət loqotipinin paylanılacaq dəvətnamələrdə və məlumat materiallarda əks olunması
  • Layihənin həyata keçirilməsi ilə bağlı yayılacaq çap materiallarda şirkət loqotipinin və şirkət haqqında qısa məlumatın yerləşdirilməsi
  • Şirkət loqotipinin YARAT Müasir İncəsənət Məkanının rəsmi veb-səhifəsində yerləşdirilməsi
  • Şirkət loqotipinin YARAT Müasir İncəsənət Məkanının  Facebook səhifəsində yerləşdirilməsi
  • Şirkət loqotipinin reklam lövhələrində (bilbordlarda) və digər zahiri reklam daşıyıcılarının üzrində yerləşdirilməsi

TEXNİKİ SPONSOR

info

X

TEXNİKİ SPONSOR

“Texniki Sponsor” statusunu əldə edən şirkət layihənin həyata keçirilməsi üçün maliyyə dəstəyi əvəzinə texniki xidmətlər göstərməklə məşğuldur. Texniki dəstək dedikdə, telekommunikasiya, logistika, nəqliyyat və bu kimi xidmətlər nəzərdə tutulur.

Əgər hər hansı şirkət “Texniki Sponsor” statusunu əldə etmiş olur, o zaman, şirkətin ixtisaslaşmasından və göstərdiyi xidmətlərdən asılı olaraq, şirkətə veriləcək imtiyazlar fərdi danışıqlar əsasında müəyyənləşdirilir.

HİMAYƏDAR

info

X

HİMAYƏDAR

İlboyu bizə göstərdikləri maliyyə dəstəyinin məbləğindən asılı olaraq, təşkilatımızın himayədarlarına minnətdarlıq rəmzi olaraq məmnunluq hissi ilə dörd imtiyaz paketini təklif etmək istərdik:

"Platin" İmtiyaz Paketi (100.000 AZN-dən başlayan maliyyə dəstəyin müqabilində)
"Qızıl" İmtiyaz Paketi (50.000 AZN-dən başlayan maliyyə dəstəyin müqabilində)
"Gümüş" İmtiyaz Paketi (25.000 AZN-dən başlayan maliyyə dəstəyin müqabilində)

"Platin" İmtiyaz Paketinə aşağıdakı imtiyazlar daxildir:·        

  • YARAT Müasir İncəsənət Məkanının təşkil etdiyi əsas tədbirlərə səkkiz VİP giriş bileti·        
  • YARAT Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələrin açılış və bağlanma mərasimlərində himayədar təşkilatın nümayəndələrinə veriləcək çıxış etmək imkanı·        
  • YARAT Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələr haqqında daima yenilənən zəruri məlumatın təqdimatı·        
  • Ildə iki dəfə təşkil olunan və YARAT Müasir İncəsənət Məkanı təşkilatın rəhbərliyinin və təşkilat rəssamlarının qatıldığı rəsmi şam yeməyi mərasiminə iki dəvətnamə.        
  • YARAT Müasir İncəsənət Məkanının fəaliyyətlərində iştirak edən və ya dəstəkləyən şirkətlər/təşkilatlar arasında yayılacaq illik məcmu nəşrlərdə himayədarın adının qeyd olunması·        
  • Təşkilatımızın rəsmi veb-səhifəsində "Sponsorlarımıza və Himayədarlarımıza öz minnətdarlığımızı bildiririk" bölməsində himayədarın adının qeyd olunması·        
  • YARAT Müasir İncəsənət Məkanının Facebook səhifəsində himayədarlarımızın dəstəyi ilə bağlı minnətdarlıq məktubun yerləşdirilməsi·       
  • Təşkil olunan açılış və bağlanma mərasimlərdə YARAT Müasir İncəsənət Məkanının layihə rəhbərləri tərəfindən himayədar təşkilatın adının qeyd olunması və ona minnətdarlığın bildirilməsi·        
  • Layihə çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar çap olunan materiallarda YARAT Müasir İncəsənət Məkanının layihə rəhbərləri tərəfindən himayədar təşkilatın adının qeyd olunması və ona minnətdarlığın bildirilməsi·        
  • Incəsənət şouları, sərgilər və bu kimi tədbirlərdə qurulacaq stendlərdə himayədar təşkilatın adının qeyd olunması·        
  • Müasir İncəsənət Mərkəzində qurulacaq stenddə himayədar təşkilatın adının qeyd olunması·        
  • YARAT Müasir İncəsənət Məkanının nəzdində fəaliyyət göstərən müxtəlif fəxri komitələrdə himayədar təşkilatın nümayəndələrinin təmsil olunması  

"Qızıl" İmtiyaz Paketinə aşağıdakı imtiyazlar toplusu daxildir:        

  • YARAT Müasir İncəsənət Məkanının təşkil etdiyi əsas tədbirlərə dörd VİP giriş bileti·        
  • YARAT Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələr haqqında daima yenilənən zəruri məlumatın təqdimatı·        
  • İldə iki dəfə təşkil olunan və  YARAT Müasir İncəsənət Məkanı təşkilatın rəhbərliyinin və təşkilat rəssamlarının qatıldığı rəsmi şam yeməyi mərasiminə iki dəvətnamə·        
  • YARAT Müasir İncəsənət Məkanının fəaliyyətlərində iştirak edən və ya dəstəkləyən şirkətlər/təşkilatlar arasında yayılacaq illik məcmu nəşrlərdə himayədarın adının qeyd olunması·        
  • Təşkilatımızın rəsmi veb-səhifəsində "Sponsorlarımıza və Himayədarlarımıza öz minnətdarlığımızı bildiririk" bölməsində himayədarın adının qeyd olunması·        
  • YARAT Müasir İncəsənət Məkanının Facebook səhifəsində himayədarlarımızın dəstəyi ilə bağlı minnətdarlıq məktubun yerləşdirilməsi·        
  • Layihə çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar çap olunan materiallarda YARAT Müasir İncəsənət Məkanının layihə rəhbərləri tərəfindən himayədar təşkilatın adının qeyd olunması və ona minnətdarlığın bildirilməsi·        
  • Incəsənət şouları, sərgilər və bu kimi tədbirlərdə qurulacaq stendlərdə himayədar təşkilatın adının qeyd olunması·        
  • Müasir İncəsənət Mərkəzində qurulacaq stenddə himayədar təşkilatın adının qeyd olunması·        
  • YARAT Müasir İncəsənət Məkanının nəzdində fəaliyyət göstərən müxtəlif fəxri komitələrdə himayədar təşkilatın nümayəndələrinin təmsil olunması

"Gümüş" İmtiyaz Paketinə aşağıdakı imtiyazlar daxildir: 

YARAT Müasir İncəsənət Məkanının təşkil etdiyi əsas tədbirlərə iki VİP giriş bileti·        

  • YARAT Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələr haqqında daima yenilənən zəruri məlumatın təqdimatı·        
  • İldə iki dəfə təşkil olunan və  YARAT Müasir İncəsənət Məkanı təşkilatın rəhbərliyinin və təşkilat rəssamlarının qatıldığı rəsmi şam yeməyi mərasiminə iki dəvətnamə·        
  • YARAT Müasir İncəsənət Məkanının fəaliyyətlərində iştirak edən və ya dəstəkləyən şirkətlər/təşkilatlar arasında yayılacaq illik məcmu nəşrlərdə himayədarın adının qeyd olunması.  Təşkilatımızın rəsmi veb-səhifəsində "Sponsorlarımıza və Himayədarlarımıza öz minnətdarlığımızı bildiririk" bölməsində himayədarın adının qeyd olunması.        
  • YARAT Müasir İncəsənət Məkanının Facebook səhifəsində himayədarlarımızın dəstəyi ilə bağlı minnətdarlıq məktubun yerləşdirilməsi·        
  • Layihə çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar çap olunan materiallarda YARAT Müasir İncəsənət Məkanının layihə rəhbərləri tərəfindən himayədar təşkilatın adının qeyd olunması və ona minnətdarlığın bildirilməsi·        
  • İncəsənət şouları, sərgilər və bu kimi tədbirlərdə qurulacaq stendlərdə himayədar təşkilatın adının qeyd olunması·        
  • Müasir İncəsənət Mərkəzində qurulacaq stenddə himayədar təşkilatın adının qeyd olunması· 
Yüklənir