ÜMUMİ

d. 1979, Bakı

Bakıda yaşayır və yaradır

 

2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin məzunu olan Rəşad Ələkbərovun yaradıcılıq dairəsinə boyakarlıq, heykəltəraşlıq, teatr dekorasiyaları, video-art, memarlıq dizaynı daxildir. Onun konseptual incəsənətdə özü üçün seçdiyi istiqamət – kölgələrlə instalyasiyadır. R.Ələkbərovun bu növ əsəri ilk dəfə 2000-ci ildə “Zamanın qanadları” sərgisində nümayiş etdirilib. Onun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.

 

Rəşad Ələkbərovun işləri əsasən böyük həcmli, amma qeyri-adi installyasiyalardır. Bu əsərlər birbaşa anlanmağa, duyulmağa deyil, “sirli” qavrayışa hesablanmışdır. Müəyyən formalara malik və xüsusi şəkildə yerləşdirilmiş müxtəlif, yaxud da əksinə, oxşar əşyalar zəruri bucaq altında işıqlandırıldığı zaman divara çıxış installyasiyaya az bənzəyən təsvirini salır. Rəşad Ələkbərovun əl işlərinin sehri də məhz yaratdığı xəyal dünyasının ikiləşməsindədir.

 

Mövzularına görə onun əsərlərinin əksəriyyəti dünyamızı gözləyən fəlakət ideyaları ilə zəngin ruhi-seriallar assosiasiyasını doğurur.  Həmin dünyada insan elə bil yüksək texnologiyalar cinini azadlığa buraxmışdır.

(( [if gte mso 9]>Normal0falsefalsefalseEN-USX-NONEX-NONE<![endif]))(( [if gte mso 9]><![endif]))(( [if gte mso 10]><![endif]))

Yüklənir