Fevral 2018

Ünvan

YARAT EMALATXANALARI

Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061

İŞ REJİMİ

əvvəlcədən yazılmaqla

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YAZILIN! İŞTİRAK EDİN! ARTIM LAB 2018 > 2019

07 Fev - 05 Mar 18

YARAT Müasir İncəsənət Məkanı ARTIM LAB layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir.


Layihədə iştirak incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

MƏQSƏD
• Əsas məqsəd iştirakçıların eksperimental təcrübə vasitəsi ilə incəsənətin müasir formaları haqda məlumat almaq imkanı yaratmaqdır.
• Müxtəlif materiallar, sənət texnika və strategiyaları tətbiq edərək təcrübədən keçirmək şəraitini yaratmaq
• Yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək

LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ YARAT-IN TƏMİNATI
• Təlim proqramı müddətində “YARAT STUDIOS” məkanında şərikli emalatxana
• YARAT-ın kuratorlar komandası ilə daimi görüşlər
• Dərslərdən kənar tədbirlər (rəssamlarla görüş və s.)
• Proqram çərçivəsində 3 qısa təqdimat və proqramın sonunda ARTIM Layihə Məkanında yekun sərgi keçirmək
• Yekun sərgi üçün məhdud büdcənin ayrılması

İŞTİRAKÇILAR ÜÇÜN TƏLƏBLƏR
Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün YARAT AKADEMİYASI-nın bütün tədbirlərində mütəmadi iştirak etməlidirlər. Gündəlik emalatxana təcrübəsi isə proqram iştirakçılarının praktiki bacarıqlarını möhkəmləndirəcək.
• Yeni ideyalar fikirləşmək və onları həyata keçirmək
• Gündə ən azı 3 saat emalatxana təcrübəsi
• Hər həftə 2-3 saat kuratorlarla müzakirələr
• YARAT AKADEMİYASI-nın mühazirəlində və ARTIM LAB çərçivəsində keçirilən ustad dərslərində iştirak
• Hər bir iştirakçı tərəfindən təşkil olunacaq 3 qısa təqdimat sərgisi üçün 3 fərqli incəsənət əsərinin yaradılması (əsərlərin istehsal xərcləri iştirakçılar tərəfində ödənilməlidir)

Portfolioların son göndərilmə tarixi:
5 mart 2018-ci il tarixinədək artimlab@yarat.az e-mail ünvanına göndərilməli

Seçilmiş namizədlərin elanı: Mart ayının birinci həftəsi 2018-ci il

Layihənin müddəti: mart 2018 – mart 2019

Əlavə məlumat: +994 12 505 1414; +994 50 246 9292

Yüklənir