Sentyabr 2017

YARAT FREESTYLE PROQRAMINDA İŞTİRAK ET!

01 Yan - 31 Dek 17

YARAT FREESTYLE PROQRAMINDA İŞTİRAK ET!


YARAT Müasir İncəsənət Məkanı 2016-ci ildə geniş, çoxsimalı auditoriya ilə yaradıcılıq ünsiyyəti qurmaq həvəsində olan hər kəs üçün YARAT FreeStyle adlı açıq platforma təşkil etmişdir. 


Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır.


YARAT Freestyle təklif edir:

  • səhnə, səs avadanlığı və proyektorla təchiz olunmuş gen-bol bir məkan
  • audio-vizual texniki dəstək
  • layihənizin “piar” təbliğatı
  • yeni seyrçi auditoriyası və peşəkar baxış

YARAT FreeStyle events are free and open to the public.


Lütfən nəzərinizdə olsun(!): iştirakçılara heç bir maliyyə vəsaiti verilmir.

YARAT, çoxtəyinatlı zalımızdakı avadanlıqdan başqa, heç bir əlavə avadanlıqla iştirakçıları təmin etmir. İştirakçılar öz ehtiyaclarına görə səhnə rekviziti, kostyum və dekorasiyaların xərcini özləri çəkməlidir.


Öz layihələrinizi bu ünvana yollayın: info@yarat.az

Mövzu: Yarat FreeStyle

Yüklənir