Mart 2024

TASTY CATCH UP: MƏNZƏR HACIYEVA VƏ SUAD QARAYEVA MALEKİ - MODA İNCƏSƏNƏTDİRMİ?

16 Fev 18

YARAT Friends platforması sizi “Tasty Catch up” layihəsinin 4-cü xüsusi qonaqları olan bir çox sərgilərin kuratoru, YARAT Müasir İncəsənət Məkanının strateji və bədii rəhbəri Suad Qarayeva-Maleki və modelyer Mənzər Hacıyeva ilə görüşə dəvət edir. Görüşümüzün mövzusu: “Moda incəsənətdirmi?”.


Suad Qarayeva-Maleki Londonda yerləşən Sotheby's auksionunda Rusiya və MDB ölkələrinin müasir incəsənəti sahəsi üzrə mütəxəssis və kurator vəzifələrində çalışıb. O, 2013 və 2014-cü illərdə keçirilən "At the Crossroads" kimi novator sərgilərin kuratorudur. Həmçinin o, Şərqi Avropa ölkələri və Rusiyanın müasir incəsənəti üzrə satış şöbəsinə rəhbərlik etmişdir. Suad Qarayeva-Maleki çoxsaylı beynəlxalq sərgilərin kuratorudur. 53-cü və 54-cü Venesiya Biennalelərində Azərbaycan pavilyonunun kuratoru olub. Son kuratorluq fəaliyyətindən (Lorenso Balbi ilə birgə) 2018-ci ilin əvvəlində İtaliyanın Bolonya şəhərində keçirilən “Fikrini dəyişmək normaldır” (“It’s ok to change your mind”) adlı sərgini də qeyd etmək olar.


Mənzər Hacıyeva müəllif məhsulları ilə tanınan modelyerdir. O, Nyu-York və Parisda yerləşən Maykl Kors, Zak Posen, Narsis Rodrigez və Lanvin kimi tanınmış studiyalarda çalışıb. Mənzər Hacıyeva Nyu-York Universiteti və Parsons Dizayn Məktəbinin məzunudur. Paris şəhərinə köçməmişdən əvvəl o, Nyu-Yorkda moda sənayesində çalışıb. Həmçinin Parisdə Studio Berçot Moda Məktəbində təhsil almış və Lanvin moda evində dizayner vəzifəsində çalışmışdır. Londonda yerləşən Central Saint Martins Kollecində parça üzərində çap üzrə təcrübə kursunu keçib və Florensiya şəhərində çantaların dizaynı ilə məşqul olub. 2012-ci ildən etibarən Mənzər öz brendinin yaradılması üzrə çalışır.


Tarix: 16 fevral, 2018
Saat: 12:00
Məkan: Central Baku Bistro
Ünvan: Nizami küçəsi, 75

Giriş yalnız YARAT Friends üzvləri üçündür

Yüklənir