Mart 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: FAİQ İSMAYILOV İLƏ GÖRÜŞ

15 Fev 18

YARAT Müasir İncəsənət Məkanı Azərbaycan Memarlar İttifaqı ilə birgə təşkil olunmuş Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, tədqiqatçı-alim Faiq İsmayılov ilə görüşə dəvət edir.


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir. Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor vəaktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Tədbirdə işğal olunmuş Qarabağ ərazisindəki abidələrin bugünkü vəziyyətindən söhbət açılacaq, mövzu ilə bağlı fotosərgi nümayiş etdiriləcəkdir.


Aparıcı – Novruzzadə Şeyda, ­Azərbaycan Memarlar İttifaqı yanında Gənc Memarlar və Tələbələr Klubunun prezidenti.


Görüş Azərbaycan dilində keçiriləcəkdir.


Tarix: 15 fevral, 2018

Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, çoxtəyinatlı zal)
Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın Giriş sərbəstdir

Yüklənir