Mart 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: ETHNO.BAKU LAYİHƏSİ. POLŞA ETNODİZAYNI İLƏ TANIŞLIQ

30 Noy 17

YARAT Müasir İncəsənət Məkanı sizi Etno.Baku layihəsinin iştirakçıları ilə görüşə dəvət edir.


İngilis dilinin heç bir lüğətində “ethnodesign” sözünə rast gəlinmir. “Etnodizayn” – 2009-cu ildə Polşada, Krakov şəhərində keçirilən böyük sərgi zamanı yaranıb. Niyə etnodizayn Polşada yaranıb və niyə burada inkişaf edərək, Polşa dizaynerlərinin “ixrac malına” çevrilib? Sizi etnodizayn anlayışı, Polşa dizaynerlərinin uğurlu işlərinin nümunələri ilə yaxından tanış olmağa dəvət edirik. Təqdimat memar, interyer dizayneri, dizayner işləri üzrə jurnalist, www.dobrzemieszkaj.pl internet-portalının yaradıcısı Slavomir Moyşuşko tərəfindən keçiriləcək.


Həmçinin müzakirənin iştirakçıları dizaynerlər Anna Kotoviç-Puşkareviç və Şimon Hançar olacaqlar.


Anna Kotoviç-Puşkareviç-Lodzi İncəsənət Akademiyasının (Polşa) məzunudur. Artur Puşkareviçlə birgə AZE Design dizayn-studiyasının həmtəsisçisidir. AZE Design studiyası əsasən interyer predmetləri – mebellər, lampalar, xalçalar və qab-qacaqların layihələndirilməsi ilə məşğul olur. Dizaynerlər Varşavanı tərk edərək Polşanın şərqində yerləşən kiçik kənddə məskunlaşıblar. Öz əsərlərinin ərsəyə gətirilməsində onlar qədim metodlardan (toxuculuq, keramika, hörgü, dəri) istifadə edirlər. Başlıca ideya, yox olan ənənəvi sənətlərin qorunub saxlanılmasına imkan yaratmaqdır. Onlar öz layihələrini, “mindmade” (“ağılla hazırlanmış) adlandırırlar. www.azedesign.pl


Şimon Hançar – Vrotslav İncəsənət Akademiyasının memarlıq və sənaye dizaynı fakültəsinin məzunudur, hal-hazırda Akademiyanın müəllimi işləyir. Akademie der Bildende Künste (Münhen) Akademiyasının təqaüdçüsüdür, Münhenin “Niki Szilagyi Matteo Thun Partner” dizayn-bürosunda işləyib.


Dizayn işinə praqmatik yanaşması olan alman dizayn məktəbi, obyektin funksionallığı və istifadəçilərin sorğularına sadə və effektiv cavab axtarışına böyük diqqət ayırır. Dizaynerin sözlərinə görə, “Dizayn – mənim üçün bir problem, bir tapmacadır; biz bu tapmacanın optimal həllini axtarırıq”. Şimon Hançarın “Hanczar Studio” adlı öz şəxsi dizayn studiyası var. Bu studiya restoranlar, apartamentlər, ofislər və ticarət stendlərinin layihələndirilməsi ilə məşğul olur. Onların layihələri “Label”, “Icon”, “Dezeen Magazine” dərgilərində təqdim olunub. Hançar tərəfindən layihələndirilmiş mənzillərdən biri, məşhur GESTALTEN nəşriyyat evi tərəfindən dərc edilən “Small Homes. Grand Living” kitabında nümayiş etdirilib.


www.hanczar.com


Tarix: 30 noyabr, 2017-ci il

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Giriş sərbəstdir

Yüklənir