Dekabr 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı yaxınlığı), Bakı, Azərbaycan, AZ1003

xəritə

OPENING HOURS

Çərşənbə Axşamı - Bazar: 11.00 > 20.00

Qeyri iş günü: Bazar ertəsi

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

 

Xəritə

FREESTYLE: SOSİAL DƏYİŞİKLİK ÜÇÜN KİNO

16 Okt - 19 Okt 17

“Sosial dəyişiklik üçün kino” (Cinema for Social Change) –  müasir cəmiyyətlərin sosial problemlərinə həsr olunmuş beynəlxalq sənədli film layihəsidir. Layihə Adam Mitskeviç İnstitutu (Culture.pl) və YARAT Müasir İncəsənət Məkanı, Polşanın Bakıdakı səfirliyi, “IMAGINE Euro Tolerance” Festivalı və “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur.


Bu ilki festival fərdi azadlıq, onun hüdudları və digər insanları anlamaq qabiliyyətinə həsr olunub. Festival dünyanın müxtəlif ölkələrindən olan kinorejissorların yaratdığı çox mühüm filmlər ilə yanaşı, müzakirələr, sual-cavab sessiyaları və seminarlar kimi bir sıra tədbirləri əhatə edəcək.


Bütövlükdə layihənin kuratoru ABŞ-nın tanınmış kinorejissoru, professor Riçard Penadır. O, kino dünyasında tanınmış simalardan biri olmaqla yanaşı, Kolumbiya Universitetinin Kino Tədqiqatları şöbəsinin professoru və “Lincoln Center” Film Cəmiyyətinin proqram direktorudur, habelə uzun illərdir ki, Nyu-York Film Festivalının direktoru (1988-2012) kimi fəaliyyət göstərib. 


Daha ətraflı məlumat: http://culture.pl/en/article/richard-pena-about-cinema-for-social-change


Sosial dəyişiklik üçün kino layihəsi, Ada Mitskeviç İnstitutunun qabaqcıl brendi olan Culture.pl tərəfindən Polşa və digər ölkələr arasında mədəni əməkdaşlığı təşəbbüs və inkişaf etdirmək üçün nəzərdə tutulmuş proqram çərçivəsində koordinasiya olunur. 


Layihəsinin proqramı:

16.10.2017

14:00-17:00 – Voysex Staron (Wojciech Staron) ilə seminar: Sənədli roman və uydurma həqiqət haqqında. Kinematoqrafiya sənətinə dair düşüncələr (Landmark II, 90A Nizami küç. )

18:00-19:45 – Film nümayişi: You Have No Idea How Much I Love You 2016 (Səni nə qədər sevdiyimi ağlına belə gətirə bilməzsən), rejissor Pavel Lozinski (Pawel Lozinski) (Landmark Cinema, 90A Nizami küç.)

19:45-20:30 – Polşa filmləri üzrə ekspert, kinorejissor Pavel Lozinski və DokuBaku layihəsinin rejissoru İmam Həsənov ilə müzakirələr (Landmark Cinema, 90A Nizami küç.

17.10.2017

10:00-13:00 – Pavel Lozinskinin iştirakı ilə seminar: Sənədli filmdə özünə istinad (Landmark Cinema)

14:00-17:00 – Voysex Staronun iştirakı ilə seminar: Yaradıcı sənədli film nədir? (YARAT Mərkəzi)

18:00-19:20 – Film nümayişi: Brothers, 2015 (Qardaşlar), rejissor Voysex Staron (Park Cinema, Flame Towers)

19:20-19:50 – Kinorejissor Voysex Staron və rejissor Malqorzata Staronun iştirakı ilə müzakirələr (Park Cinema, Flame Towers)

18.10.2017

15:00-18:00 – Pavel Lozinskinin iştirakı ilə seminar: Sənədli filmdə obraz (Landmark Cinema)

19:00-20:15 – Film nümayişi: Azadlığın ritmi (YARAT Mərkəzi)

19.10.2017

18:00-19:00 – Film nümayişi: Wroblewski according to Wajda, 2015  (Vrublyovski Vaydanın gözləri ilə) (YARAT Mərkəzi)

19:20 - 20:10 – Film nümayişi: Burning in the Sun, 2010 (Günəş altında qaralma) (YARAT Mərkəzi)


USTAD DƏRSLƏRİNDƏ İŞTİRAK ÜÇÜN QEYDİYYAT:

Zəhmət olmasa, qeydiyyat formasını burada doldurun: https://docs.google.com/forms/d/e/1FAIpQLSdb81Lf6zY1vYlYH79UXgoJ80PAGLlSfXHGHDr1pAssZc16dw/viewform?c=0&w=1

Yüklənir