Mart 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE. DANCE ABİLİTY AZƏRBAYCAN: BÜTÜN VÜCUDLAR DANIŞIR – YEKUN PERFORMANS

04 Okt 17

YARAT Freestyle və DanceAbility Azərbaycan hər kəsi 18-29 sentyabr tarixlərində keçirilən rəqs ustad dərslərinin yekun performansına seyr etməyə dəvət edir.


dbir iştirakçıları ustad dərsləri zamanı istedadlı Azərbaycan musiqiçilərlə əməkdaşlıq edərək unikal əsər yaratdılar.


Musiqiçilər:

Elçin Şirinov – fortepiano

Elnur Mikayılov – kamança

Şəhriyar İmanov – tar

İlqar Baxşıyev – truba


DanceAbility metodik müəllimi – Nigar Sultanova-İldırım


Dəstək: Rapid Solutions


Layihə haqqında:

DanceAbility – Ayrı-seçkiliyi dəf et – istər peşəkar, istər daha az təcrübəli, istər əlilliyi olan və olmayan hər kəsə açıq özünəməxsus rəqs metodologiyasıdır. Bu metodologiya 1987-ci ildə ABŞ-da, Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Alito Alessi axırıncı metodun tərtibatında son 30 il ərzində dünyanın hər yerindən dərslərinə qatılan fərqli bacarıqlarda iştirakçılarla iş prosesindən bəhrələnib. DanceAbility fərqli ölkələrdə bir çox layihələri və bütün dünyada 500-ə qədər pedaqoqu özündə birləşdirən beynəlxalq təşkilatdır. Hal-hazırda DanceAbility müstəqil filialları Avstriya, Azərbaycan, Finlandiya, Honq Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir. DanceAbility hissi fərqindəlik, intuisiya, yaradıcı proses, dinləmə və ünsiyyəti inkişaf etdirməyə kömək edir. Bu kömək müqabilində toplum, inklüzivlik və rifah qazanır. Dərslər əyləncəlidir və hər kəsə özünü fərd olaraq ifadə etmə imkanı yaradır. Dərslər hər bir kəsə uyğundur; peşəkar və həvəskar rəqqaslar, görmə və eşitmə əlilliyi, fiziki və əqli fərqliliklərdə olan insanlar, habelə öz bədənini kəşf etməyə və ünsiyyət üçün müxtəlif vasitələrlə tanış olmağa maraqlı olan hər bir şəxs bu dərslərə qatıla bilər.


www.danceability.az


Tarix: 4 oktyabr

Saat 19:00

kan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə

Giriş sərbəstdir

Yüklənir