Noyabr 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı yaxınlığı), Bakı, Azərbaycan, AZ1003

xəritə

OPENING HOURS

Çərşənbə Axşamı - Bazar: 11.00 > 20.00

Qeyri iş günü: Bazar ertəsi

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

 

Xəritə

YAY DÜŞƏRGƏ PROQRAMI: CAMPING & GRAMPING

03 İyl - 01 Sen 17

YARAT Müasir İncəsənət Məkanı Camping and Gramping adlı yeni yay düşərgə layihəsinə başlayır.
Məhz bu düşərgəni fərqli edən odur ki, burada 8-17 yaşlı cavanlar öz nənə-babaları ilə proqramda iştirak edib maraqlı və səmərəli vaxt keçirə biləcəklər. Düşərgənin hər həftəsi xüsusi bir mövzuya aid olacaq. 
Hər tematik tədris həftəsi tamamlayıcı tədbirlə yekunlaşacaq.


PROQRAM: 
  • Gələcəyi təsvir et 3 – 7 iyul

Müəllif çərpələngin hazırlanması üzrə ustad dərslər.

  • Sərhədləri yox et 10 – 14 iyul

Tanqo məktəbinin təsisçisi İlham Osmanov ilə milli və bal rəqslər üzrə ustad dərslər.

İyulun 15-i saat 12:00-da düşərgənin yekun performansına dəvət edirik. Hər kəs iki müxtəlif nəslin maraqlı qs çıxışlarına tamaşa edə bilər.

  • Fotoqrafiya 17 – 21 iyul

Həftə fotoqrafiya sənətinə həsr olunacaq. Kurs Fotoqrafiya vasitəsi ilə öz hekayəni danış adlanır və fotoqrafiya sənəti ilə yeni məşğul olanlar üçün nəzərdə tutulub. Kurs zamanı hər kəs öz şəxsi fotoşəkillər silsiləsini yaradacaq. Həmçinin fotoqrafiyanın əsas iş prosesi, işıqlandırma, fokus, kompozisiya və s. amillərdən xəbər alacaqsınız.

Proqram YARAT mərkəzində yeni təqdim olunmuş – Qazaxıstan üzərində günəş və neonlar adlı sərgisində nümayiş olunan 16 rəssamın əsərləri ilə daha da yaxından tanış olmağa imkan yaradır. Sərgidə Qazaxıstanın mədəniyyəti, adət-ənənələri və gələcək perspektivləri haqqında mövzular vurğulanır. Kursda iştirak etmək üçün 10-16 yaşlı uşaq və yeniyetmələri dəvət edirik.

Proqramın yekunu olaraq YARAT Mərkəzində əsərlərin kiçik sərgisi təşkil olunacaq. Yeni uğurlara və zəfərlərə doğru birgə addımlayaq! Qeyd: Kurs iştirakçısı öz fotoaparatı və ya digər fotokamerası olan cihaz ilə gəlməlidir.

  • İnstrumental musiqi və vokal 24 – 28 iyul
  • Ssenari yazılışı və aktyorluq 7 – 11 avqust
  • Gələcəyi təsvir et 21 – 25 avqust
  • Təsviri İncəsənət 31 iyul – 4 avqust
  • Sərhədləri yox et 28 avqust – 1 sentyabr 

İştirakçıların sayı məhduddur. 

Qeydiyyatdan keçmək üçün 050 246 92 92 və ya info@yarat.az müraciət edə bilərsiniz.

Saat: 17:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir (əvvəlcədən qeydiyyat vacibdir)

Yüklənir