Fevral 2018

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı yaxınlığı), Bakı, Azərbaycan, AZ1003

xəritə

OPENING HOURS

Çərşənbə Axşamı - Bazar: 11.00 > 20.00

Qeyri iş günü: Bazar ertəsi

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

 

Xəritə

YARAT MUSİQİ AXŞAMI

13 Fev 18

YARAT Müasir İncəsənət Məkanı Sizi Mərkəzində baş tutacaq gözəl musiqili axşamdan zövq almaq üçün bütün tədbirləri hazırladıq.


Bu dəfə canlı musiqi axşamımızın budəfəki qonağı Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri olacaqdır. Kollektivin dirijoru və bədii rəhbəri Teymur Göyçayevdir.
Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır.


Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin layihələri çərçivəsində orkestr bir çox məşhur dirijorlarla çıxış edib, o cümlədən: Səlim Akçil (Türkiyə), Hakan Şənsoy (Türkiyə), Simon Kamartin (İsveç), Fabien Teerikson (Fransa), Vladimir Runçak (Ukrayna), Rikkardo Averbax (ABŞ), Vladislav Bulaxov (Rusiya), Roland Freisizer (Avstriya) , Aleksandr İvaşkin (İngiltərə).
2007-ci ildə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Azərbaycan klassik musiqisinin təbliğatına görə "HUMAY" mükafatına layiq görülmüşdür.


Azərbaycanın Xalq artisti Teymur Göyçayev iki yaradıcı kollektivin Qara Qarayev adına Kamera Orkestri və Gənclər Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəridir, o həmçinin, Bülbül adına xüsusi musiqi məktəbinin direktoru və dəyərli pedaqoqudur.


Rövşən Əmrahov – konsertin solisti və skripaçı.


Rəqqaslar: Gülaqasi Mirzoyev – Xalq artisti, Nigar İbrahimova – Əməkdar artist.


Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat üçün əlaqə: +99412 505 1414, +99450246 9292
Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır


Tarix: 13 Fevral, 2018

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Yüklənir