Mart 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

MUSİQİ AXŞAMI: ERKİN LOVE, SAFAEL, KADÍ BAND

26 Yan 18

YARAT Müasir İncəsənət Məkanı yanvar ayının sonuncu cüməsini bizimlə keçirməyi təklif edirik! Yanvarın 26-sı YARAT canlı musiqi axşamı proqramının qonaqları Erkin (Love) Osmanlı, Safael və KADİ Band olacaqlar.


Erkin (Love) Osmanlı – ifaçı, bəstəkar, şair və aktyor. 2006-cı ildə “Akademiya” musiqi şousunda çıxış edərkən Azərbaycan musiqisevərlərin rəğbətini qazanmışdır. O, 2017-ci ildə Nyu-Yorkda hazırlanmış elmi-fantastik “D4rkly Your Retrorockets Fl4re” tamaşasında aktyor və ifaçı kimi iştirak edib, həmçinin quruluşun bəstəkarıdır.


Safael – 13 yaşından musiqiyə böyük maraq göstərir. Moskva Müasir İncəsənət İnstitutunda caz ifaçılığı üzrə təhsil alıb.


“KADİ” Band: Orxan Əfəndi və Vəfa Qədirova. Orxan Əfəndi – müəllif-ifaçı və musiqiçidir. 2014-cü ildən blüz və rok-n-roll janrlarında musiqi bəstələyir. Vəfa Qədirova isə caz və blüz musiqi janrlarında çıxış edən müəllif-ifaçı. 2017-ci ildə Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan "Musiqi bayramı" çərçivəsində çıxış etmişdir. Hal-hazırda qrupun 1-ci sinqlı üzərində çalışır.


Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.


Tarix: 26 yanvar, 2018-ci il

Saat: 19:00 
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, çoxfunksiyalı zal

Giriş: qeydiyyat ilə

Qeydiyyat üçün əlaqə: 0125051414, 0502469292
Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır

Yüklənir