Mart 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

BALACA YARAT: ARXEOLOJİ SEMİNAR

08 İyl 17

YARAT Müasir İncəsənət Məkanı, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan-Fransa İnstitutu, BP Bonne Pioche və Arcbekrient Societe arxeologiya üzrə üstad dərslərdə iştirak etməyə dəvət edir. 


Arxeologiya elə bir elmdir ki, tarixdən öncəki dövr, eyni zamanda məzar qalıqlarının aşkarlanması və araşdırılması vasitəsi ilə öyrənilən insanlar və sivilizasyalar haqqında məlumatlanmağa imkan verir.


Qazıntı işi keçmişdəki insanlar haqqında tutarlı məlumatların toplanması üçün lazım olan ən vacib mərhələdir.


Bu ustad dərslər vasitəsilə biz təklif edirik ki, uşaqlar tarixdən öncəki məzarda qazıntı apararaq arxeologiya ilə tanış olsunlar. Uşaqlar mala və fırçadan istifadə edərək əyani olaraq bir məzarda qazıntı işinin aparılması metodları, onun qeydə alınması və analizi haqqda məlumat alacaqlar. Nəzarətçilər uşaqlara nə etməli olduqlarını izah edəcək və həmçinin məzarı təhlili edərək onu anlamağa kömək edəcəklər.


Bundan əlavə Playmobil®-lə hazırlanmış arxeoloji qazıntı işi aparılan yerin maketi imkan verəcək ki, bizim sahəmiz uşaqlar üçün daha aydın olsun və onlar daha yaxşı anlasınlar. 


Müəllimlər: Poulmarc’h, Elina Muradova, Bertille Lyonnet və Giulio Palumbi

Öncədən qeydiyyat önəmlidir! Qeydiyyat üçün: 050 246 92 92


Saat: 15.00

Məkan: YARAT Müasir İncəsənət Məkanı

İştirak qeydiyyat ilədir

Yüklənir