Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT KLUBU: RUHUN DEFİBRİLLASİYASI

04 Dek 17

YARAT Müasir İncəsənət Məkanı sizi “Ruhun defibrillasiyası” adlı ədəbi-musiqi axşama dəvət edir.


Tədbirə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, xoreoqraf və rejissor Rumiyə Ağayeva xüsusi cazibə qatacaq. (Onun “Oğlan Evi-2” filmində və “Cehizsiz gəlinlər” serialında yaratdığı obrazlar tamaşaçı rəğbəti qazanmışdır).


“Harmony Dance Studio”nu təmsil edən rəqs dueti Fərid Mehdiyev və Diana Şahbazova axşamın bəzəyi olacaqlar.


Axşamın əsas mövzusu – İrana Qasımovanın şeirləri sizə öz ruhunuzun sirlərinə toxunmağa və ilk sevginin həyəcanını yaşamağa imkan verəcək.
Şairə İrana Qasımova Bakıda anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin məzunudur. Müxtəlif nəqliyyat və tikinti şirkətlərində tərcüməçi kimi çalışıb. İsrailin Ariel Universitetində rejissorluq fakültəsində təhsil alıb. İsrailin məşhur rejissorları ilə çalışmışdır. Sosial mövzuda dörd qısametrajlı filmlərin ssenari müəllifi və rejissorudur. 2013-cü ildə onun “Женщина, которая поэт” (“Şair olan qadın ) adlı şeirlər toplusu çap edilmişdir. 2017-ci ildə “В начале было Cлово” (“Başlanğıcdan olan Kəlam”) adlı şeirlər toplusunu təqdim etmişdir. 


Tarix: 4 dekabr, 2017-ci il

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Giriş sərbəstdir

Yüklənir