Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT AXŞAMI: SÖZÜN MELODİYASI - KEÇMİŞƏ SƏYAHƏT

22 Sen 17

Əziz ədəbiyyat və musiqisevərlər!
YARAT Müasir İncəsənət Məkanı sizi Sözün melodiyası: Keçmişə səyahət adlı poeziya gecəsinə dəvət edir. Azərbaycan və Qərb musiqisi ilə Şərq poeziyasının vəhdəti olan bu konsertdə bir anlığa sözün və melodiyanın sehrinə dalıb keçmişə qayıdacaqsınız. Proqramda Bakı Musiqi Akademiyası, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış edəcəklər. 


İştirakçılar:

Hüseynağa Aslanov – bədii qiraətçi (Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti)

rmin Rzayeva – tar (Bakı Musiqi Akademiyası)

İsmayıl Zülfüqarov – tar (Azərbaycan Milli Konservatoriyası)

Mədinə Şahgəldiyeva – kamança (Azərbaycan Milli Konservatoriyası)

Günay Mehdiyeva – xanəndə (Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti)


Tarix: 20 sentyabr, 2017
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir

Yüklənir