Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT KLUBU: YARIMÇIQ QALMIŞ TAMAŞANIN AKTYORLARI İLƏ GÖRÜŞ

05 Sen 17

Sentyabrın 5-i YARAT Müasir İncəsənət Mərkəzində Ədəbiyyat Klubu çərçivəsində Yefim Abramov, Leyla Bəyim Cəfərovanın müəllifi olduğu "Xəyalpərvər oğlanlar" pyesi əsasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təqdim olunmuş "Yarımçıq qalmış" tamaşasının yaradıcı heyəti ilə görüş olacaq. Müəlliflər bu əsəri Aprel döyüşlərində həlak olmuş gənc memar Samir Qaçayevin simasında, Qarabağ müharibəsində həlak olmuş bütün şəhidlərə ithaf etmişlər.


Görüş zamanı siz tamaşanın quruluşçu rejissoru, respublikanın Xalq artisti Vaqif Əsədov, əsərin müəlliflərindən biri Leyla Bəyim Cəfərova, baş rolların ifaçıları Elnur Kərimov, Günel Məmmədova, Elşən Rüstəmov, Zemfira Əbdülsəmədova, Manaf Dadaşov və digər aktyorlarla söhbət etmək imkanı əldə edəcəksiniz.


Tədbirdə tamaşadan səhnələr göstəriləcək.


Tarix: 5 sentyabr, 2017
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir

Yüklənir