Mart 2024

ART-YOQA TƏLİMİ

06 Yan - 30 Dek 17

YARAT Müasir İncəsənət Məkanı sizi hatha yoqa üzrə ixtisaslı təlimçinin rəhbərliyi ilə keçirilən yoqa kursunda iştirak etməyə dəvət edir.  


Hatha-yoqanın əsas məramı – şüurlu surətdə həyata keçirdiyimiz proseslərlə qeyri-şüurlu proseslərimiz arasında, yəni zehin ilə vücud, çalışqanlıq ilə rahatlıq, fikrin cəmləşdirilməsi ilə dalğınlıq, ha (şüur, kişi, günəş) ilə tha (həyat qüvvəsi, qadın, ay) arasında balans yaratmaqdır. Bu iki qüvvənin bir-biri ilə birləşdiyi zaman insanın həyatında böyük hadisə baş verir, onun ali şüuru oyanır. Məşğələ zamanı biz hər an hər bir asana duruşunu almaq üçün özümüzə uyğun fərdi yol çəkəcəyik. Yoqa ilə məşğul olduğunuz zaman əldə etdiyiniz təcrübə olduqca şəxsi və subyektivdir, axı burada siz eyni zamanda həm məqsəd, həm də üslubsunuz. Sizə kömək edəcəyik ki, keçmişin ulu yoqinləri tərəfindən bizə verilmiş xəritə ilə keçərək, sağlam və əndazəli bədən qazana-qazana öz təkrarsız suallarınıza cavab tapa biləsiniz.


Aşağıdakı mövzulara uyğun üç məşğələ təklif edirik: 

1. Uyuşqanlıq və rahatlıq

2. Güc və iradə

3. Fikrin cəmləşdirilməsi və balans 


Xahiş olunur: gecikməyin və imkan daxilində özünüz üçün döşənəcək gətirin, çünki bizdə olan döşənəcəklərin sayı məhduddur


Yolunuzu gözləyirik!


Dərslər həftənin hər şənbə günü*

Saat: 18:30 > 20.00

YARAT Mərkəzi, 1-ci mərtəbə

Giriş sərbəstdir

Ünvan: Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29


*QEYD: YARAT MƏRKƏZİNDƏ YENİ SƏRGİLƏRLƏ BAĞLI ZAMANLARDA YOQA TƏLİMLƏRİ KEÇİRİLMİR. 

Yüklənir