Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: ALİXAN YERJANOVUN EV SAHİBLƏRİ FİLMİ

11 İyl 17

YARAT Müasir İncəsənət Məkanı müasir qazax filmlərin retrospektiv nümayişinə başlayır. Bu silsilə tədbirlər Qazaxıstan üzərində günəş və neonlar adlı sərgiyə hərs olunur. Qeyd etmək istərdik ki, sərgi YARAT Mərkəzində oktyabr ayının sonuna kimi nümayişdə olacaq. 11 iyun saat 19:00-da, 67-ci Beynəlxalq Kann Festivalının rəsmi proqramına daxil olmuş, Adilxan Yerjanovunın Ev sahibləri (2014) filminin nümayişi baş tutacaq.

Ev sahibləri / 2014 / Qazaxıstan / 110 dəq. / Drama / Rəngli

25 yaşlı Jon, onun yeniyetmə qardaşı Erbol və gənc bacıları Aliya, səhətlərinin zəifliyinə görə Qazastanın Almaata şəhərində yaşadıqları evi tərk etməyə məcbur qalırlar. Xoşbəxtlikdən anaları onlara uqcar bir kənddə ev varis edib və onlar bu evə köçməyə hazırlaşırlar. Ancaq bu evi artıq 10 ildir ki, qeyri-qanuni istifadə edən yerli idarəetmə rəhbərinin qardaşı, evi rəsmi sahiblərinə ötürməyə tələsmir.

Adilxan Yerjanov – rejissor, ssenarist və operator 7 avqust 1982-ci ildə Jeskazqan şəhərində dünyaya gəlib. 1999-cu ildə ən yaxşı ssenari müsabiqəsində “Kozı Korpeş” və “Bayan-Sulu” (“Xəbər” teleaqentliyi) animasiya filmələri ilə qalib olmudur. Parallel olaraq Adilxan bir sıra şriyyatlarda çalışır, qazax və beynəlxalq kinematoqrafiya proseslərinin təhlili ilə məşğul olurdu. 2007-ci ildə “Avrasiya” kinofestivalında “Ən yaxşı rejissor” nominasiyası üzrə “Baxırjamal” filmi mükafatlandırıldığı zaman, Adilxan beynəlxalq ictimaiyyətin diqqət çəkdi. 2014-cü ildə Yerjanovun “Ev sahibləri” filmi Beynəlxalq Kann kinofestivalının xüsusi proqramında nümayiş üçün seçilmiş və nəticədə yüksək qiymətləndirilmişdir. Britaniyalı kino tənqidçisi Jef Endryu keçmiş festival haqqında məruzəsində, Adilxan Yerjanovun “Ev sahibləri” filmini 10 ən yaxşı filmlər siyahısına daxil etmişdir

Film qazax dilində, ingilis subtitrlərlə nümayiş olunacaq.

Tarix: 11 iyul, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Yüklənir