Fevral 2018

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı yaxınlığı), Bakı, Azərbaycan, AZ1003

xəritə

OPENING HOURS

Çərşənbə Axşamı - Bazar: 11.00 > 20.00

Qeyri iş günü: Bazar ertəsi

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

 

Xəritə

ÖZÜNÜ YARAT: RƏNA YÜZBAŞI

14 Fev 18

YARAT Müasir İncəsənət Məkanı “Özünü Yarat!” layihəsi çərçivəsində "Sandıqça" brendinin qurucusu Rəna Yüzbaşı ilə görüşə dəvət edir. Görüşün əsas mövzusu: “Azərbaycanin ənənəvi tətbiqi sənəti ilə müasirliyin sintezi” ilə tamaşaçıların diqqətini cəlb edəcək.


Görüşdə Azərbaycanın ənənəvi tətbiqi sənəti ilə müasirliyin sintezi haqqında müzakirələr aparılacaqdır. Brendin ictimai missiyası – tətbiqi sənəti müasirləşdirmək, onu daha yaxın və əlçatan etmək. Həmçinin tədbir zamanı Rəna Yüzbaşı təxminən bir il əvvəl "Sandıqça" layihəsini necə başladığını və bu gün necə inkişaf etdiyindən danışacaq.


Rəna Yüzbaşı bir sıra beynəlxalq təşkilatlarda çalışmışdır. 2010-cu ildə Moskvanın "Eksmo" nəşriyyatında "Russkiy bestseller" seriyasında nəşr olunan "Skinhed" adlı ilk kitabı çap olunub. O, NTV kanalının "Moskva. Üç vağzal" serialının müəlliflərindən biridir. 2016-cı ildə Rəna Yüzbaşının ideya müəllifi olduğu "Mənim yad oğlum" filmi Ukrayna telekanalı üçün ekranlaşdırılmışdır.


Tarix: 14 Fevral, 2018

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir