Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAYİHƏ MƏKANI: MƏHƏBBƏT MƏKTUBLARI MÜHAZİRƏ

06 İyl 17

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Layihə Məkanında keçiriləcək Leyla Novruzova və Gülya Novruzovanın Sevgi məktubları adlı mühazirəyə dəvət edir. .


Yazıçılar Leyla NovruzovaGülya Novruzovanın ərsəyə gətirdiyi Sevgi məktubları layihəsi sevgi nədir? sualının cavabını tapmağa cəhd göstərir. Bu layihə, real insanların real sevgi hekayələri üzərində qurulub. Niyə insanlar sevgi naminə axmaq işlər görürlər? Niyə sevginin ağrı-acısını yaşamış adam geri dönmək və bu möhtəşəm hissi yenidən yaşamaq istəyir? Sizcə nə yaxşıdır – böyük sevgi yaşayıb onu itirmək, yoxsa ümumiyyətlə onu dolğun və tam parlaqlığı ilə yaşamamaq?

Leyla Novruzova (d.1971, Bakı) və Gülya Novruzova (1959, Bakı) Azərbaycan Dövlət Dillər Universitetini bitiriblər. Bir qadının həyat hekayəsindən son dərəcə təsirlənərək Sevgi məktubları adlı müsahibə layihəsini ərsəyə gətirdilər. Bu qadın öz ömrünü sevgisinə, həyatının mənasına çevrilən bir kişiyə qurban verir. O, bu kişiyə görə hər şeydən – öz uğurlu karyerasından, rəfiqələrindən, ailəsindən, hətta öz anasından belə imtina edir. Kişi digər qadınla evli olsa da, uzun illər onun həyatının sevgisi olur və nəhayət, bir gün onlar bir-birlərinə qovuşurlar... Onlar birgə ailə kimi yaşamağa başlayırlar və həqiqətən, çox xoşbəxt anlar yaşayırlar. Amma, cəmi 2 ildən sonra, kişi sevdiyi qadını tərk edərək digər qadının yanına gedir. Ərinin bu hərəkəti onun həyatını büsbütün alt-üst edir və onu həyatda heç nəsiz qoyur.

Bu hekayədən ilhamlanan Leyla və Gülya Sizcə nə yaxşıdır – böyük sevgi yaşayıb, sonra onu itirmək, yoxsa bu sevgini ümumiyyətlə yaşamamaq? sualı ilə müxtəlif insanlardan müsahibələr götürməklə bu layihəyə başladılar.

Tədbir rus dilində keçiriləcək.

Bu tədbir Kişilər ağlamaz sərgisinin bir hissəsidir.

Tarix: 6 iyul, 2017
Saat: 19:00
Ünvan: ARTIM, İçərişəhər, Böyük Qala küçəsi, 30, 001A

Giriş sərbəstdir

Yüklənir