Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏSSAM İLƏ TANIŞLIQ: SƏNAN ƏLƏSGƏROV

12 İyl 17

YARAT Müasir İncəsənət Məkanı Rəssamla tanışlıq layihəmizin növbəti qonağı məşhur fotoqraf və pedaqoq Sənan Ələsgərov ilə görüşə dəvət edir.


Sənan Ələsgərov (d.1956, Bakı,Azərbaycan) 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Fotoqrafiya sənətinin müxtəlif sahələrində – elmi, tətbiqi, jurnalistikada çalışıb; aerofotoçəkiliş və laboratoriyada aerokosmik materialların hazırlanması ilə məşğul olub. Yaradıcı fotoqrafiyada sənədli-bədii üsluba üstünlük verir. Sənan Ələsgərov 12 ölkədə keçirilən 50-dən çox beynəlxalq sərgilərdə iştirak etmişdir. Ölkəmizlə yanaşı Gürcüstan, Fransa, Böyük Britaniya və Qazaxıstanda fərdi sərgiləri baş tutub. O, FIAP-ın (YUNESKO nəzdində Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası) bir çox mükafatlarına layiq görülüb. Üç dəfə Azərbaycan Fotoqrafları Birliyinin təsis etdiyi "İlin fotoqrafı" mükafatının sahibidir. Sənan Azərbaycanın görkəmli rəssamları ilə əməkdaşlıq edərək, onlarla birgə qrup sərgilərində iştirak edib. Foto əsərləri Photographic Library (Surrey, Böyük Britaniya); Bakı İncəsənət Mərkəzi; Müasir İncəsənət Mərkəzi (Bakı); Ars Aevi Museum of Contemporary Art (Sarayevo) və həmçinin ABŞ, Türkiyə, Rusiya, Avstriya, Böyük Britaniya, Norveç, Fransanın şəxsi kolleksiyalarda saxlanılır. Sənan Ələsgərov 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş – London, Paris, Berlin, Moskva, Roma şəhərlərində keçirilən “Bakıya uçuş” adlı incəsənət layihəsinin iştirakçısı olmuşdur. Həmçinin rəssamın əsərləri 2007-ci və 2013-cü illərdə Venesiya Biennalesində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanmış Azərbaycan pavilyonunda nümayiş etdirilmişdir. Hal-hazırda azad fotoqraf və pedaqoqdur.

Tarix: 2 mart 2017-ci il
Saat: 19:00
Ünvan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə
Giriş sərbəstdir

Yüklənir