Sentyabr 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ÜZEYİR HACIBƏYLİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KONSERT

29 Sen 17

YARAT Müasir İncəsənət Məkanı Sizi sentyabrın 29-u saat 19:00-da keçiriləcək dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş musiqi axşamına dəvət edir. Tədbirinin qonağı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestridir.


Orkestr 1920-ci ildə yaranıb və təcrübəli mütəxəssis M.İ.Çernyaxovski orkestrin ilk dirijoru təyin edilib. Onun rəhbərliyi altında ardıcıl olaraq zəngin musiqi proqramlı konsert mövsümləri təşkil olunur. 1948-ci ildən isə orkestrə SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi rəhbərlik etməyə başlayır. 1984-cü ildə Azərbaycan Dövlət opera və balet teatrında 16 illik uğurlu fəaliyyətindən sonra Simfonik Orkestrin baş dirijoru vəzifəsinə Respublikanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayev təyin olunur. Həmin vəzifəni o bu günə kimi şərəflə yerinə yetirməkdədir. Orkestr Rauf Abdullayevin təsis etdiyi XX yüzilliyin musiqisi və hər il keçirilən M.L.Rostropoviç fesivalının fəal iştirakçısıdır. 


Tarix: 29 avqust, 2017

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir