Sentyabr 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

GƏLİN BİRGƏ OLAQ! UŞAQ FESTİVALI

10 Sen 17

YARAT Müasir İncəsənət Məkanı ənənəvi olaraq artıq ikinci ildir ki təşkil olunan Gəlin birgə olaq adlı uşaq festivalını təqdim edir. Bu il festivalın mövzusu YARAT mərkəzində nümayişdə olan və əsasən iki müxtəlif nəslin fikirlərini birləşdirən Qazaxıstan üzərində günəş və neonlar adlı sərgisi ilə bağlıdır.


Festivalda 3 yaşdan yuxarı uşaqlarla yanaşı, onların valideynlərinin də aktiv iştirakı nəzərdə tutub.

Festivalın proqramı:
  • Face Art – Sevimli Bala
  • Uşaqlar üçün yoqa dərsi – The Art of Living
  • Rəsm üzrə ustad dərsi – Nərminə Bağırova, Qafar Rzayev
  • VIVA Dessert tərəfindən xüsusi ustad dərsi
  • Rəqs üzrə ustad dərsi – Emin Useynov (NERO Dance Center), Ilham Osmanov’s Dance and Art Studio
  • Kollaj hazırlama üzrə ustad dərsi – Hatəm Əlizadə
  • Xatirə yarat adlı xüsusi ustad dərs – Novruz Məmmədov
  • İstifadə olunmuş əşyalardan art obyektlərin yaradılması – Zemfira Əzimova
  • Rəqqasların çıxışı – NERO Dance Crew
  • Açıq havada "Yallı" rəqsi üzrə ustad dərsi – Ilham Osmanov’s Dance and Art Studio
  • Bulvar ərazisində yallı rəqsi – Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri orkestri. Bədii rəhbər Aysel Bağırova

Əgər siz də yeni dərs ilini qeyd etmək üçün bu möhtəşəm festivalda iştirak etmək istəyirsinizsə, öncədən zəng edib qeydiyyatdan keçməyi unutmayın. Bütün ustad dərslərində iştirak üçün yerlərin sayı məhduddur.
Hər kəs sadəcə 3 ustad dərsində iştirak üçün qeydiyyatdan keçə bilər.

Tarix: 5 sentyabr, 2017
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414

Giriş: sərbəst (əvvəlcədən qeydiyyat ilə)
Qeydiyyat üçün 050 246 92 92 nömrəsinə zəng edin

Yüklənir