İyul 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: AÇIQ HAVADA YOQA FESTİVALI

23 İyl 17

YARAT Müasir İncəsənət Məkanı Bakı Dənizkənarı Bulvar İdarəsi ilə birgə 23 iyul tarixində Açıq havada yoqa festivalında iştirak etməyə dəvət edir. Festivalın başlıca məqsədi – sağlam həyat tərzini populyarlaşdırmaqdır.


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Festival səhər saat 10-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başlayacaq. Gün ərzində siz bir çox müxtəlif tədbirlərdə iştirak edə biləcəksiniz.

Festivalın iştirakçıları və partnyorları: Hindistanın Azərbaycandakı Səfirliyi, Yoga Shahi studiyası, The Art Of Living Beynəlxalq Fondu, Chandramukhi Hind rəqs studiyası və Sevimli bala uşaq təşkilatıdır.

Texniki dəstək: Şirin Su, Qrafika

Tədbir zamanı sizi Xəzər dənizi sahilində yaşıl qazon üzərində, peşəkar müəllimlər ilə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, FLY yoqa, sağlam qida və əla əhval-ruhiyyə gözləyir!

Festivalın proqramı:
10:00 – 10:40 – yaşıl qazonda yoqa, vegeterian mətbəxi
11:00 – 19:00 – 6 yaşdan yuxarı uşaqlar üçün meditasiya təcrübələri, əyləncə və ustad dərsləri, vegeterian yeməkləri guşəsi, FLY yoqa, DJ-lərin çıxışı




İŞTİRAK HAMI ÜÇÜN SƏRBƏSTDİR

*yoqa döşəkçələrinin məhdud sayını nəzərə alaraq, xahiş edirik, özünüzlə döşəkçələr gətirəsiniz.

Tarix: 23 iyul, 2017
Vaxt: 10:00 – 22:00
Məkan: Bayıl qəs., Dənizkənarı Bulvar, Su İdman Sarayına yaxın

FACEBOOK

Yüklənir