Yanvar 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: ERROR 4 ÖLÇÜLÜ XƏYALI GERÇƏK TAMAŞA

27 Yan 17

YARAT Müasir İncəsənət Məkanı rejissor Tarlan Ənginin ERROR adlı tamaşasını təqdim edir. 


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Bu layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır. 


Tamaşanın adı: ERROR


Müddəti: 40 minutes


  • Janr:  4 ölçülü xəyali gerçək oyun
  • Mövzu: Sosial-mənəvi problemlər kontekstində insan münasibətləri
  • Quruluş forması: İnteraktiv teatrın müxtəlif növ və ifa tərzinin sintezi (Immersive Theatre – maraqlı olmaq effekti yaradan və  Invisible Theatre – görünməz). 

Tamaşa, iki aləmin sərhədində qalan dörd gəncdən bəhs edir. Real dünyadan, virtual məkana və yenə də real aləmə keçid edən qəhrəmanların zamanla bağlı, sosial-mənəvi problemlərə və insani münasibətlərə olan baxışlarında illüziya yaranır. Lakin, bu bir illüziyadırmı?..


Yaradıcı heyət

Prodüser: Səbuhi Məmmədov 

Rejissor: Tərlan Əngin

İfaçılar: Zarina Qurbanova, Dəniz Tacəddin, Zaur Əliyev, Abbasağa Əlizadə


Tarix: 27 yanvar 2017-ci il

Saat 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl, Dövlət Bayrağı Meydanına yaxın)

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir