Yanvar 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: ƏLİ VƏ NİNO TAMAŞASI

25 Yan 17

Sizi YARAT Müasir İncəsənət Mərkəzinin səhnəsində keçiriləcək, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun dəstəyi ilə “Özün üçün teatrı kəşf et” layihəsi çərçivəsində gənc tələbələrdən ibarət yaradıcı qrupunun hazırladığı “Əli və Nino” tamaşasına dəvət edirik.


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir. Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Tamaşa Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondu tərəfindən dəstəklənir.


“Özün üçün teatrı kəşf et” layihəsi Bakıda yaşayan və fəaliyyət göstərən gənclərə ünvanlanıb. Layihə teatr tamaşaları vasitəsi ilə Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməklə, gənclərimizi daha da dərindən maarifləndirmək və onlara tariximizi sevdirmək məqsədini daşıyır.


Tarix: 25 yanvar, 2017 

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının yaxınlığı)

Giriş sərbəstdir


 

Yüklənir