Yanvar 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: SƏNİ SEVİRƏM, XƏZƏRİM! MUSİQİ MƏKTƏB-STUDİYASININ TAMAŞASI

02 Fev 17

YARAT Contemporary Art Space and Children’s Musical Theatre of Music School-studio under the Baku Musical Academy named after Uzeyir Hajibeyli presents musical performance "I love you, Khazar".


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir. 

Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq məqsədi ilə xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


İdeya, ssenari müəllifləri və quruluşçu rejissorlar: Elvin Mirzəyev Və Nigar Həsənzadə


Musiqi Rəhbərləri: Ofeliya Axundova Və Vəfa Həmidova


Bədii Rəhbər: Tərlan Seyidov


Tamaşanın əsasını ölkəmizin mərhələ-mərhələ 100 illik dövrünü əks etdirən məşhur mahnılar təşkil edir. Bu musiqi və mahnılarla Siz keçmiş dövrlərdən bu günədək müxtəlif zamanlara səyahət edib, Vətənimizin müxtəlif dəb və adətlərin şahidi olacaqsınız. Gənc artistlərlə birgə Siz yaxın tariximizin müxtəlif anlarını yaşayacaqsınız - azadlığa çıxan qadın həyatına, pioner dəstələrinin marş addımlamasına, Vətən müharibəsi dövrünün partizan həyatına baş çəkəcəksiniz. Köhnə bulvar və dəniz çimərliklərində gəzəcəksiniz. Uşaqlığınıza qayıdıb yenidən böyüyəcəksiniz... 


Biz müxtəlif nəsilləri yaxınlaşdırıb uşaqlarla valideynlərin, nənə və babalarımızın ünsiyyət və anlaşma körpüsünə çevrilmək niyyətindəyik.


Tarix: 2 fevral, 2017

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir