Yanvar 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

İLKİN HÜSEYNOV İLƏ USTAD DƏRSLƏR

05 Fev 17

YARAT Müasir İncəsənət Məkanı sizi fotoqrafiya sənətinə həsr olunmuş ustad dərsinə dəvət edir. Ustad dərsi istedadlı Azərbaycanlı foto-rəssam İlkin Hüseynov tərəfindən keçiriləcək.


İlkin Hüseynov (1988) Madriddə yerləşən EFTI Fotoqrafiya Məktəbini 2015-ci ildə bitirib. Gənc rəssam  yaradıcılığı ilə ətrafdakıların diqqətini regionlarımızla bağlı gözdən qaçan problemlərə yönəldən Azərbaycan sənədli fotoqrafiyasının yeni nəslinin sırasına daxildir. İlkin Hüseynov London Fotoqrafiya Festivalının, Manuel Rivera-Ortiz Fondunun Winephoto müsabiqəsinin finalçısı olmuş və “PowerHouse Books” müsabiqəsində ikinci yerə layiq görülmüş, həmçinin “Magnum Foundation Emergency Fund” mükafatına namizəd olmuşdur. İlkin Hüseynovun əsərlərini çap edən qurumlar; Associated Press, Invisible Photographer Asia, AFP, Reuters, Yahoo, CNN International. Rəssamın əsərləri Niderlandda GRID Beynəlxalq Fotoqrafiya Biennalesi çərçivəsində sərgilənmişdir. Məhdud sayda buraxılan əl işi müəllif kitablarının nəşri üzrə ixtisaslaşan "Riot Books" adlı müstəqil nəşriyyatın təsisçilərindən biridir.


Qeydiyyat üçün +994 50 246 9292 nömrəsinə zəng edin.


Yaş həddi: 15-25 yaş


Tarix: Fevral ayının 5-i, 2017-ci il

Saat: 14:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi


FACEBOOK

Yüklənir