Yanvar 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

ƏDƏBİYYAT KLUBU: ŞƏHƏR: ADİ HƏYAT VƏ YUXULAR

25 Yan 17

YARAT Müasir İncəsənət Məkanı Ədəbiyyat Klubu çərçivəsində “Şəhər: adi həyat və yuxular” adlı tədbiri təqdim edir. 


Yanvarın 25-i YARAT Mərkəzində Ədəbiyyat Klubu çərçivəsində istedadlı gənc ədəbiyyatçılar – şairə Anastasiya Rubleva və prozaiklər Nigar Musəvi və Rəna Əliyeva ilə görüş təşkil olunacaq.

“Şəhər: adi həyat və yuxular” adlandırdığımız proqram özündə şəhər motivləri, şəhər sakinlərinin arzu və fikirlərini birləşdirir.


Anastasiya Rubleva Bakı şəhərində doğulub. 9 yaşından şeir yazır, “Səndəl xəlbir” poetik silsilənin müəllifidir. Şairə inanır ki, poeziya incəsənət növü kimi yeni həyatını yaşayır və şairləri yaradıcılığa keçmiş zamanlarda olduğu kimi hisslər və hadisələr ilhamlandırır. İnsanlara və həyata sevgi Anastasiyanın ilham mənbəyidir.

Yazıçı və tərcüməçi Nigar Musəvi 1984-cü ildə anadan olub. Ədəbiyyata Benjamin Dizraelinin məşhur kəlamı ilə yanaşır: “Roman oxumaq istəyərkən, özüm roman yazıram”. Öz fikirlərinə görə, o, həyatı naməlum "müəllif" ilə yazılan bir böyük və çox mürəkkəb hekayə kimi qəbul edir. 2012-ci ildə ilk hekayələr toplusu işıq üzü görüb. Yarı zarafatla özünü “Sehrli realist” ordeninin üzvü kimi qələmə verir.

Rəna Əliyeva “13” rubrikasında dərc olunan məqalələrin, uşaq ədəbiyyat dərgi əlavələrinin, bir çox şeir və dramatik hekayələrin müəllifidir. Təhsilcə filoloq, qabiliyyətcə pedaqoq, ruhən yazıçıdır. “Nargis” jurnalı ilə əməkdaşlıq edir.


Tarix: 25 yanvar 2017-ci il

Saat 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir