Yanvar 2017

HƏFTƏSONU DANIŞIQLAR: ƏDALƏT HACIYEV

19 Yan 17

YARAT Müasir İncəsənət Məkanı bir ildən artıq məşhur rəssamlar, yazıçılar, jurnalistlər, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər silsiləsi təşkil edir. Bu tədbirlərin məqsədi - tanınmış simalara müraciət edərək, YARAT Mərkəzinin daimi kolleksiyası və mövcud sərgilərini mülahizə etmək, müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaqdır.

19 yanvar 2017-ci tarixində qonağımız Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdir. Sizə sevinc hissi ilə elan edirik, nəhayət ki, Ramiz bəylə görüş noyabr ayının 24-ü baş tutacaq! Beləliklə, həftənin cümə axşamı sizi unudulmaz bir gecəyə dəvət edirik.


Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edirik.


Ədalət Hacıyev Xalq Təsərrüfatı İnstitutunun “İqtisadiyyat” fakültəsinin məzunudur. Uzun müddət Rus Dram Teatrının müdir müavini vəzifəsində çalışıb, 2008-ci ildən həmin teatrının müdiridir. Rəhbərlik etdiyi teatrın keçdiyi yaradıcılıq yolunda əlvan və zəngin repertuarı, tamaşaçı rəğbətini qazanmış çox saylı tamaşaları olmuşdur.


Tarix: 19 yanvar 2017

Vaxt: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir